Dünya şöhrətli mütəxəssislər açıqladı: "Koronavirus uşaqlarda böyüklərdən daha çox..." - ARAŞDIRMA

Dünya şöhrətli mütəxəssislər açıqladı: "Koronavirus uşaqlarda böyüklərdən daha çox..." - ARAŞDIRMABütün dünyanın mübarizə apardığı koronavirus bu günə qədər 200-dən çox ölkəyə yayılıb və 1 milyondan çox insan virusa yoluxub.
Publika.az xəbər verir ki, risk qrupunun 60 yaşdan yuxarı olduğu bildirilsə də, son günlərdə gənclərin, hətta azyaşlı və körpələrin yoluxma, ölüm faktı qeydə alınıb.
Məşhur iş adamı İlon Maskın uşaqlarda koronavirusa qarşı immunitetin olmasını iddia etdiyi ilə bağlı yaxın müddətdə yazdığı tvit özü ilə birgə bir çox sualları gündəmə gətirib. Bu günə qədər aparılan araşdırmalarda koronavirusun yaşlılarda ciddi və ölümcül xəstəliyə səbəb olması, uşaqlarda isə kritik xəstəliklərə yoluxma faizinin aşağı olduğu ortaya qoyulub.
Lakin koronavirus pandemiyasında uşaq və gənclərin virusdan ciddi şəkildə təsir gördüyünə dair faktlar var. Belçikada 12 yaşlı qızın, Böyük Britaniyada 13 yaşlı oğlanın, Çində 14 yaşlı yeniyetmənin, ABŞ-da isə yeni doğulan körpənin koronavirusdan öldüyü təsdiqlənib.
Dünya şöhrətli mütəxəssislər açıqladı: "Koronavirus uşaqlarda böyüklərdən daha çox..." - ARAŞDIRMA"BBC Future" koronavirus səbəbilə təşvişləri artan valideynlərin suallarını mütəxəssislərdən soruşub.
Uşaqlara koronavirus keçə bilərmi?
Bəli. Eynilə yetkinlərdə olduğu kimi, uşaqlara da yoluxa bilər və simptomlarını biruzə verər.
Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin hesabatında 20 fevrala qədər qeydə alınan 72 min 314 Kovid-19 yoluxmasının 2%-nin 19 yaşdan aşağı şəxslərdə görüldüyü yazılıb.
Koronavirus uşaqlarda yetkinlərdən fərqli şəkildə ola bilərmi?
Oksford Universiteti Peyvənd Qrupunun sədri Endryu Pollard "qlobal ədəbiyyatda immunosupressiv və ya xərçəng kimi bir çox ciddi tibbi problemləri olan uşaqların belə koronavirusdan böyüklərdən daha az zərər gördüyü müşahidə edilir. Adətən, uşaqlar simptomları böyüklərdən daha yüngül keçirirlər" açıqlamasını verib.
Sauthempton Universitetinin pediatrı Qrehem Roberts isə sualı belə cavablandırıb: "Uşaqlarda Kovid-19 daha çox yuxarı tənəffüs yollarında (burun, ağız və boğaz) olur. Buna görə də aşağı tənəffüs yollarına, yəni ağciyərə çatması və yetkinlərdə gördüyümüz kimi pnevmoniya və SARS kimi xəstəliklərə onlarda rast gəlinmir.
Sauthempton Xəstəxanasının uşaq infeksiyaları xəstəlikləri məsləhətçisi Sancay Patel bildirib ki, uşaqlar böyüklər qədər koronavirusa yoluxa bilməz: "Lakin hazırda koronavirus testindən yalnız böyüklər keçirilir. Əslində təxmin etdiyimizdən daha çox uşaq xəstəliyə yoluxmuş ola bilər və bundan xəbərimiz olmaz".
Dünya şöhrətli mütəxəssislər açıqladı: "Koronavirus uşaqlarda böyüklərdən daha çox..." - ARAŞDIRMAKoronavirusa yoluxan uşaqlar niyə yetkinlərdən daha yaxşı vəziyyətdədir?
Britaniyanın Nyuport şəhərində yerləşən Devid Hayd Astma və Allergiya Araşdırmaları Mərkəzinin direktoru Qrehem Roberts ehtimal olunan səbəblərdən birinin virusun hüceyrəyə daxilolma və problem yaratmaq üçün hüceyrənin səthində proteinə (reseptor) ehtiyac duymasını göstərib: "Koronavirus bu məqsəd üçün ACE2 (anqiotensin çevirici ferment 2) reseptorundan istifadə edir. Uşaqların aşağı tənəffüs yollarında yuxarı tənəffüs yollarına nisbətən daha az ACE2 reseptoru var. Buna görə də uşaqlar adətən burun, ağız və boğaz simptomlarını yaşayır. İnsan yaşlandıqca ACE2 reseptorları ağciyərdə çoxalır. Məhz bu fermentin azlığı uşaqlarda ciddi və ölümcül xəstəliklər yaratmır.
Kovid-19 müxtəlif yaş qruplarındakı uşaqlarda fərqli şəkildə özünü büruzə verə bilərmi?
Mütəxəssislər bu sualın cavabına "bəli" deyib. Çin hesabatları kiçik uşaqların, xüsusilə, körpələrin Kovid-19-a digər yaş qruplarına nisbətən daha az müdafiəsiz olduğunu göstərir. Hər 10 körpədən birində kəskin və ya kritik xəstəlik qeydə alınır. Uşaqların yaşı artdıqca isə risk azalır. Çində aparılan araşdırmaya görə, 5 yaşdan yuxarı uşaqların 100-dən 3 və ya 4-də ciddi, kritik xəstəlik əmələ gəlib.
Roberts məktəbəqədər uşaqlarda infeksiyaya daha az rast gəlindiyini açıqlayıb.
Dünya şöhrətli mütəxəssislər açıqladı: "Koronavirus uşaqlarda böyüklərdən daha çox..." - ARAŞDIRMAYetkinlik dövründə koronavirus daha riskli ola bilərmi?
Həkim Robertsin sözlərinə görə, yetkinlərin immun sistemində koronavirusa nəzarət etmədə daha təsiri olan yetkin səviyyədə inkişaf görülür. Bundan başqa, koronavirusla bağlı insanların çox az şey bildiyini xatırlamaq lazımdır.
Çin araşdırmasında 9 yaşdan aşağı uşaqlar arasında ölüm faktı aşkarlanmayıb. 19 yaşdan aşağı yeganə ölüm faktı 14 yaşlı biri olub.
Kovid-19 dünyaya yeni gələnlərə keçə bilərmi?
Bəli. Pandemiya hazırda dünyanın bir çox yerində var. Çinin Uhan şəhərində və Britaniyanın paytaxtı Londonda olmaqla, bu tipdə ən az iki təsdiqlənmiş infeksiya aşkarlanıb. Bu körpələrin ana bətnində, yoxsa dünyaya gəldikdən sonra yoluxması hələ ki, bilinmir. Lakin hər iki vəziyyətdə anada koronavirus aşkarlanıb.
Koronavirusun ana bətnindəki uşaqlara necə təsir göstərdiyi haqqında nə bilirik?
Hələ ki, bunu araşdırmaq üçün kifayət qədər fakt aşkarlanmayıb. SARS və MERS epidemiyaları hamilə qadınlara yoluxa, uşaqlarını itirməyə və ya erkən doğuşa səbəb ola bilir. Yeni tip koronavirusda isə buna rast gəlinməyib.
Zümrüd

Sağlamlıq     Baxılıb: 1676   Tarix: 03 aprel 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

İntimdən sonra qadınların sevmədiyi şey - Kişilər niyə yatmaq istəyir?

Orqazmdan sonra dincəlmək istəyi yaradan hormonlardan biri də sevgi hormonu adlanan oksitosin hormonudur. Cinsi əlaqə zamanı artan bu hormon orqazmı tətikləyir. Həm kişilər, həm də qadınlar tərəfindən ifraz olunan oksitosi

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

turlar.az

sade makiyaj sekilleri qadın geyimi geyim seçimi mələk kartları çək azad qadin qadın və cəmiyyət ata ve qiz kosmetika turpun nağlı baldiza aid haxisda novruz pomidor terezi