Dünya şöhrətli professordan koronavirusla bağlı MÜHÜM TOVSİYƏLƏR: Necə qorunaq? - Mütləq OXUYUN!

Dünya şöhrətli professordan koronavirusla bağlı MÜHÜM TOVSİYƏLƏR: Necə qorunaq? - Mütləq OXUYUN!Corc Mason Universitetinin professoru Ança Baranova koronavirus infeksiyası ilə bağlı son elmi məlumatlara əsaslanaraq tövsiyələr verib.
Milli.Az xarici mətbuata istinadən oxucuları professorun tövsiyələri ilə tanış edir.
Rus-amerikan genetik, Corc Mason Universitetinin (BM) Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova Yutub kanalında koronavirus infeksiyası haqqında ətraflı videomühazirə yayıb. Professor xəstəliyin ağır formasından qorunmağa kömək edən vacib tövsiyələr verib. Mütəxəssis koronavirusun bəşəriyyətə və hüceyrələrimizə "necə hücum etdiyini" izah edib.
- Epidemiya zonasındayıqsa, nə etməliyik?
- Hərarət və öskürək varsa, bu, mütləq koronavirusa yoluxduğunuzu bildirmir. Lakin hər halda yaranmış vəziyyəti kompensasiya etməlisiniz. Yəni fəsadların qarşısını alan tədbirlər görməlisiniz.
İkincisi, əgər koronavirusa yoluxmusunuzsa, yaşlı deyilsinizsə və xroniki xəstəlikləriniz yoxdursa, narahat olmayın. Güman ki, xəstəliyi heç bir ağırlaşma olmadan keçirəcəksiniz. Lakin! Başqa insanları qorumaq üçün bütün səylərinizi bu istiqamətə yönəltməlisiniz, xüsusilə yaşlı qohumlardan özünüzü təcrid etmək tövsiyə edilir. Heç olmasa ayrı otaqda qalın. Və heç bir halda işə getməyin.
Üçüncüsü, əgər risk altındasınızsa, bütün səylərinizi xəstəliyin ağır mərhələyə keçməsinə icazə verməməyə yönəldin. Xroniki xəstəliklər olsa da, hamısı COVID-19 kimi ağır formaya keçmir.
Koronavirus xəstəliyin kəskin dövründə birbaşa ağciyərlərdə baş verir. Bu, ağciyərləri kəskin tənəffüs çatışmazlığı sindromu (ARDS) adlanan vəziyyətə salır və ağciyər ödemi adlanır. Alveolun divarları (ağciyərlərdə vesiküllər) qalınlaşır və onlarda maye yığılır. Bu, baloncuqlardakı havanın həcminin azalmasına və ağciyərlərin normal işləyə bilməməsinə səbəb olur. İnsan nəfəs almaqda çətinlik çəkməyə başlayır. Belə vəziyyətdə xüsusi cihazdan (süni ağciyər ventilyasiyası) istifadə olunur. Təəssüf ki, kəskin tənəffüs çətinliyi olan xəstə cihazla nəfəs alırsa, ağciyərlərin ventilyasiyası mexaniki şəkildə baş verdiyinə görə alveolalar çox uzanır. Bu, ağciyərlərin daha da zədələnməsinə, funksiyasının azalmasına səbəb olur.
Bunun iki yolu var. İxtisaslı həkimlər mexaniki stressi azaltmaq üçün kömək edir, lakin bundan artıq deyil.
Xəstə insan üçün ən başlıcası bu vəziyyətin başlanmasının qarşısını almaq üçün səy göstərməkdir. Bu, sözsüz ki, ikinci çıxış yoludur.
- Ağciyər ödeminin qarşısını necə almaq olar?
- Əksər hallarda xəstəliyi qızdırma və öskürək inkişaf etdirir. Bu xoşagəlməz simptomlarla bacarıqla mübarizə aparmaq lazımdır. Bunun üçün çoxumuz apteklərdən reseptsiz satılan ən sadə dərmanları alırıq. Hamısı temperaturu aşağı salmağa qadirdir. Lakin bu dərmanların mexanizmi fərqlidir. Bəziləri kəskin tənəffüs sindromunun inkişafının qarşısını almağa kömək edir. Bəziləri isə əksinə sizi təhlükəli vəziyyətə yaxınlaşdırır.
Bu vəziyyətdə optimal seçim aspirindir. Yalnız temperaturu azaltmayacaq, ağrıları aradan qaldıracaq (baş ağrısı, oynaq, əzələ ağrıları). Eyni zamanda ağciyərlərdə sistematik iltihabın meydana gəlməsini azaldır. İnfeksiya təhlükəli sindroma çevrilmədiyi müddətdə xəstə aspirin qəbul edərsə, xəstəxanada xəstələrin sayı daha az olacaq.
Bu tövsiyə yalnız yetkinlərə və əks göstərişləri olmayanlara aiddir.
Ümumdünya Səhiyyə Təşkilatı temperaturu yüksək olanlara parasetamol qəbul etməyi tövsiyə edir. Dərmanın əks göstərişləri də var. Bu baxımdan hər kəs fərdi qaydada həkimə müraciət etməlidir.
- Öskürəyə qarşı asetilsistein istifadə etmək effektivdirmi?
- Bu dərman yalnız öskürəklə deyil, virusun səbəb olduğu qlutationun tükənməsi ilə də mübarizə aparacaq (qlutation bədəndə istehsal olunan və qoruyucu funksiyaları yerinə yetirən güclü aktioksidantdır).
Profilaktika mərhələsində antiviral vasitələrdən istifadə edilməməlidir. Bu günə qədər mövcud antiviral dərmanların heç birinin anti COVID-19 təsiri sübut olunmayıb. Lakin onların əks təsirləri səhhətinizi pisləşdirir.
Antibiotiklər bədənə yükü artırır, virusa qarşı işləmir. Zədələnmiş ağciyərlərdə bakteriyalar çoxalarsa və sətəlcəmin inkişafı baş verdiyi halda lazım ola bilər. Belə müalicə bir qayda olaraq xəstəxanada aparılır.
Tənəffüs yoluxucu infeksiya səbəbilə nəfəsalma çətinləşərsə, edə biləcəyiniz ən yaxşı yol bel üstə deyil, qarın üstə yatmaqdır. Əlavə olaraq sinə və qarın altına dəstəkləyici rulonlar yerləşdirmək olar. Və daha da yaxşısı, oturduğunuz zaman irəli əyilin, bu halda nəfəs almaq asanlaşır və ağciyərlər mexaniki olaraq daha az zədələnir.
Sadə və təsirli profilaktika koronavirus infeksiyasının ağır formaya keçməsinin qarşısını alacaq. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1702   Tarix: 23 mart 2020
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

yemek reseptleri makiyaj instagram adlarin menasi yay koftalari kişi psixologiyası terxun kompotu laylalar kosmetika qz eviyçun hakışta anabaci azerbaycanli is adami amerikada gullelendi badambura novruz hakistasi