Dünyanın ən bahalı, toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO +FOTOLAR

"Bu insan qudurub, mənəviyyatının və əxlaqının nə qədər yaramaz olduğunu göstərməkdən çəkinməyib".

Hindistanda böyük qalmaqaldır. Ölkə mediası qəzəbli və sinirlidir.

Səbəbsə sabiq nazir Canardhana Reddinin qızı Brahmani üçün etdiyi toydur.

Qadinsayti.az milli.az-a istinadən bildirir ki, ölkə mediası bu toyu "dünyanın ən bahalı, ən görməmiş toyu" adlandırıb.

Səbəblər az deyil və onların arasında sadəcə biri yetər: toyda gəlinin əynindəki paltarın dəyəri nə az, nə çox - düz 2 milyon dollardı.

Toy 74 milyon dollara başa gəlib.

Sabiq nazir Canadhana Reddi qızının gəlin paltarına 2 milyon, onun zinət əşyalarına və daş-qaşına 10 milyon dollar ödəyib.

Milli valyuta olan rupinin dəyərdən düşdüyü, ölkə iqtisadiyyatında ağır problemlər yaşandığı bir dönəmdə Hindistandakı toy milyonlarla insanı qıcıqlandırıb.

5 milyard rupinin, yəni 74 milyon dolların xərcləndiyi toy ölkə mediasında geniş müzakirə olunur.

Toya qonaqlar xüsusi hazırlanmış və Fransada çap olunmuş dəvətnamələrlə çağırıblar. Hər dəvətnamə qızıl suyuna çəkilmişdi, brilyant və yaqut qaşlarla bəzədilmişdi. Dəvət səndəl ağacından hazırlanan, qapağında "toyun xəritəsi" olan işıq diodlu qutuya qoyulmuşdu. Qutu açılanda qapaqdakı kiçik monitorda sabiq nazirlə xanımının ifasında "toya dəvət mahnısı"nın klipinin avtomatik nümayişi başlanırdı. Klipi Hindistanın məşhur rejissorları çəkmişdilər və orada məşhur hind aktyorlar, aktrisalar da çəkilmişdilər.

Qutuda dəvətnamə ilə yanaşı, çərəzlər də vardı.

5 gün davam etmiş toya hazırlıq 3 ay çəkib. Sabiq nazir qızının toyunu "möhtəşəm hazırlamaq" üçün Çindən pirotexniklər, Fransadan dizaynerlər, Almaniyadan səs texnikləri, ABŞ-dan isə peşəkar işıq şouları ustalarını dəvət etmişdi.

Toyun ssenarisini Hindistanın məşhur kinorejissorları arasında yer alan 8 nəfər hazırlamışdı.

Toy Hindistanda milli valyuta rupinin devalvasiyasından iki gün sonra başlanıb. 500 və 1000 rupilik əskinasların da dövriyyə buraxılması ölkədəki maliyyə durumunu daha da ağırlaşdırıb.

Milyonlarla hindus bir günün içində əmanətlərinin "itməsi" ilə üzləşib.

Bankların qarşısında çox uzun növbələr yaranıb.

C.Reddinin dediyinə görə, Banqalor şəhərində, habelə Sinqapurdakı daşınmaz əmlakını girov qoyaraq banklardan kredit götürüb, 6 ay əvvəl toya hazırlaşmağa başlayıb.

Banqalor şəhərindəki "Bangalore Palace"dakı toyun son günündə yüzlərlə peşəkar rəqqas və rəqqasə şou göstəriblər.

Toyda xüsusi dekorasiyalar tikilib və onlar qədim hinduist məbədlərinə bənzəyirdilər. Qonaqların təhlükəsizliyini 300 cangüdən və 300 polis təmin edib.

"Bharata Caanata Parti"nin sabiq funksioneri C.Reddi Karnataka ştatında nazir idi.

Dünyanın ən bahalı, toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO +FOTOLARDünyanın ən bahalı, toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO +FOTOLARDünyanın ən bahalı, toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO +FOTOLARDünyanın ən bahalı, toyu: gəlinin paltarı 2 milyon dollara alındı - VİDEO +FOTOLAR

Maraqlı     Baxılıb: 3022   Tarix: 17 noyabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Ayın "qaranlıq üzü" haqqında həqiqət: Niyə bu ad səhv başa düşülür? - FOTO

Artemis II astronavtlarının 2026-cı ilin martında Ay ətrafında həyata keçirdikləri tarixi uçuş zamanı çəkdikləri möhtəşəm fotolar köhnə bir sualı yenidən gündəmə gətirdi: Ayın qaranlıq tərəfi doğrudanmı hər zaman qaranlıqdır?

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Tanınmış alim vəfat etdi - FOTO

Naxçıvanda tanınmış dilçi alim, dosent Əbülfəz Muxtaroğlu vəfat edib.  xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb. Qeyd edək ki, Əbülfəz Muxtar oğlu Quliyev 1939-cu il iyunun 1-də Naxçıvan Muxta

turlar.az

toy gecesi adlarin menasi sade makiyaj sekilleri qadini ehtiraslandiran sozler kecellesme süni qidalar 2026 yay paltarlari kosmetika cinsi əlaqə novruz bayramı haxışta xanim.az bayatı uzeyir