Dünyanın ən nadir və çarəsiz xəstəlikləri - SİYAHI

Dünyanın ən nadir və çarəsiz xəstəlikləri - SİYAHIBədəndə böyüyən liflər, səbəbi bilinməyən yad əl sindromu kimi qəribə xəstəliklərdən bu günə qədər heç xəbəriniz olubmu?

Tibb aləmində həkimlərin çarə tapmağa çalışdığı xərçəng, AİDS kimi qorxunc və nadir görülən yad əl sindromu, böyüyən liflər kimi xəstəliklər də var.

Xanim.az səbəbi bilinməyən və çarəsi tapılmayan həmin xəstəliklərdən bəzilərini sizə təqdim edir.

Morgellons xəstəliyi. Dəridə ağrı, qaşıntı, dəri altında həşəratlar gəzirmiş kimi hiss oyandıran bu xəstəliyin nə tam səbəbi bilinir, nə də bir çarəsi tapılır. Bu xəstəlik zamanı dəridəki yaralarda nazik tellər yaranır.

Yad əl sindromu. "Alien" əl sindromu da adlandırılan bu xəstəlik əllərdən birinin nəzarətdən kənar hərəkətlər etməsi kimi əlamətlərlə özünü göstərir. Kənardan baxıldığında bu hərəkətləri xəstənin etdiyini düşünmək olur, ancaq həmin hərəkətlər xəstənin istəyindən kənar edilir.

Yeriyən cəsəd sindromu. Xəstəliyi kəşf edən Kotardın adıyla xatırlanan bu xəstəlik zamanı xəstələr özlərinin ölü olduqlarına və bədənlərinin bir qisminin çürüdüyünə inanırlar . Şizofreniya və bipolar pozğunluq olan insanlarda daha çox rastlanan bu xəstəlik, miqren, şiş və travma alan insanlarda da görülə bilər.

Ehlers Danlos sindromu. Nadir görülən bu xəstəlikdə dəri olduğundan da elastik olur. Tez göyərir və yaralar gec sağalır. Səbəbinin əlaqə toxumasında kollagen əksikliyin olduğu deyilir.

Qorxu hiss etməmə xəstəliyi. "Urbach Wiethe" deyilən xəstəliyi olan bir qadın beyninin duyğularla əlaqəli bölgəsinin zədə alması nəticəsində qorxu da daxil olmaqla, bir çox duyğularını itirmişdi. Bu xəstəlik xəstələrin təhlükəyə qarşı hazırlıqsız olmasına səbəb olur.

Haemolakriya. Nadir rastlanan bu xəstəlik qan ağlamaq, yəni ağlayarkən gözlərdən qan gəlməsi əlamətilə özünü büruzə verir. Mütəxəssislər bu xəstəliyin qadınlarda aybaşı dövrü və göz yaralanmaları zamanı ortaya çıxdığını deyir.

Maraqlı     Baxılıb: 3205   Tarix: 12 yanvar 2018
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Cinsi əlaqə zamanı nə etmək lazımdır?

İdeal cinsi münasibətlər üçün bir sıra tövsiyyələr:. Qadının cinsi yoldan doyuma çata bilməsi üçün romantik istiqamətdə sevildiyinə, qiymətli olduğuna və arzulandığına inanması lazımdır. Bu kişinin gözlərində, sözlərində

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Lalə Əlizadə vəfat etdi

Filologiya elmləri doktoru, professor Lalə Əlizadə 76 yaşında vəfat edib. Bu barədə -a onun ailəsi məlumat verib. Lalə Əlizadə uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl evində vəfat edib. O, Şüvəlan qəsəbəsindəki qəbiristanlıqd

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

turlar.az

makiyaj instagram qaşların formalari gelinlikler faydalı bitkilər vaginal quruluq ilk cinsi əlaqə şef master kosmetika kahfe fali novruz bayramı haxışta hüzeyir hacibəyov zəhmət cantalar