Dünyanın sonu gəlsə də, bu 5 ölkə hər zaman mövcud olacaq - Alimlər araşdırdı

Dünyanın sonu gəlsə də, bu 5 ölkə hər zaman mövcud olacaq - Alimlər araşdırdıElm adamları, artan əhali və enerjiyə əsaslanan qlobal iqtisadiyyatın zərərləri səbəbindən dünyanın sonunun yaxınlaşdığını ortaya qoyan yeni bir araşdırma nəşr ediblər. Şiddətli maliyyə böhranının, qlobal istiləşmənin təsirlərinin, təbiətin məhv edilməsinin və COVİD-19 pandemiyasının bəşər sivilizasiyasının çöküşünə səbəb ola biləcəyi bildirilib.

Alimlər iddia edib ki, dünyada 5 ölkə hər zaman öz mövcudluğunu qoruyacaq və heç bir təbii fəlakət, iqtisadi böhran və xəstəlik onlara qalib gələ bilməyəcək.

Sonxeber.az Qərb mətbuatına istinadən xəbər verir ki, bu ölkələr Yeni Zelandiya, İslandiya, İrlandiya və Avstraliya olacaq. Yeni Zelandiya geotermal və su elektrik enerjisi, bol əkin sahələri və aşağı əhali sıxlığı səbəbindən bu siyahıda birinci yeri tutub.

Tədqiqatçılar bildiriblər ki, mürəkkəb şəbəkələrdə bir-birinə bağlı olan enerjiyə əsaslanan qlobal iqtisadiyyatın yaratdığı ekoloji ziyana görə insan sivilizasiyası təhlükəli vəziyyətdədir. Mütəxəssislərin dediyinə görə, ciddi maliyyə böhranı, qlobal istiləşmənin təsiri, təbiətin məhv olması, COVİD-19-dan daha pis bir pandemiya və ya bunların birləşməsi qlobal bir çöküşlə nəticələnə bilər.

Hansı ölkələrin belə bir çöküşə qarşı daha dayanıqlı olacağını qiymətləndirmək üçün ölkələr, əhalisi üçün yemək yetişdirmək, sərhədlərini istənməyən kütləvi köçdən, elektrik şəbəkələrindən və bəzi istehsal imkanlarından qorumaq qabiliyyətlərinə görə sıralanıb. İlk sırada mülayim bölgələrdəki və əsasən əhali sıxlığının aşağı olduğu adalar yer alıb.

Bununla birlikdə, elm adamları, işlərinin dayanıqlılığı artırmaq üçün ölkələrin inkişaf etdirməli olduqları faktorları vurğuladıqlarını deyiblər. İqtisadi səmərəliliyi qiymətləndirən qloballaşan cəmiyyətin dayanıqlılığı pozduğunu və ehtiyat potensialın qida və digər həyati əhəmiyyətli sektorlarda tapılmalı olduğunu söyləyiblər.

"Sustainability" jurnalında nəşr olunan araşdırmada milyarderlərin apokalipsisə hazırlaşmaq üçün Yeni Zelandiyada sığınacaq üçün torpaq aldıqları bildirilir.

İngiltərədəki Anglia Ruskin Universitetinin Qlobal Dayanıqlılıq İnstitutunun professoru. Dr. Aled Jones bildirib: "Siyahımızda Yeni Zelandiyanın olması bizi təəccübləndirmədi. Sərhədlərin asanlıqla qorunduğu və mülayim iqlimin ən təhlükəsiz olduğu qənaətinə gəldik. Buna görə də geriyə baxdıqda böyük adaların siyahının başında olduğu olduqca aydındır."

Digər tərəfdən, tədqiqatçılar "xilasetmə gəmiləri"ni "dəhşətli sosial çökmələrdən təsirlənməyən" və buna görə də əhalisini əhəmiyyətli dərəcədə qoruya bilən yerlər olaraq təyin edib

Maraqlı     Baxılıb: 1863   Tarix: 07 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Rektor fəlsəfə doktorunu müdir təyin etdi - FOTO

Naxçıvan Dövlət Universitetində yeni təyinat olub.  xəbər verir ki, bununla bağlı universitetin rektoru Elbrus İsayev əmr imzalayıb. Əmrə əsasən, Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Zamin Əliye

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

Hakışta

Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Azərbaycanlı alim vəfat etdi - FOTO

Azərbaycanda alim ölüb. Ölkə.az-a istinadla xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının sabiq dosenti, texnika üzrə fəlsəfə doktoru Qayıbəl

turlar.az

maskalar toy makiyaji sekilleri makiyaj instagram geyim kombinləri kekslər qis salatlarinin hazirlanmasi kişi dünyası kosmetika kəlamlar vətən haqqında bayatı vidyolar rus dili vetene aid atalar sozleri