Düzgün istifadə etmədikdə gözlərdə iltihab, üzdə səpgi və qaşınma yaradır

Düzgün istifadə etmədikdə gözlərdə iltihab, üzdə səpgi və qaşınma yaradırVirusdan qorunmaq üçün taxılan maskalardan düzgün istifadə etməmək gözlərdə və üz dərisində xəstəliklər yarada bilər. COVID-19-dan qorunmaq üçün eyni maskadan bir dəfədən artıq istifadə göz yaşı yolu iltihabı, dəridə səpgi və qaşıntılara səbəb olur.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin İnfeksion xəstəliklər və klinik mikrobiologiya kafedrasının müəllimi Rıdvan Karaali bildirib ki, tibbi maskalar birdəfəlikdir və onlardan lazım olduğu müddətdə istifadə edilməlidir. Dünya Səhiyyə Təşkilatının virusdan qorunmaq üçün parça maskaların da istifadəsini tövsiyə etdiyini xatırladan mütəxəssis deyib ki, onların da istifadə müddəti bəzi faktorlara görə dəyişə bilir. Onun sözlərinə görə qısa zamanda istifadə edilsə belə maskanı taxan şəxs bu müddətdə tərləyibsə və maska islanıbsa, onu bir daha istifadə etməmək lazımdır: "Maska taxılınandan sonra üzərinə qətiyyən toxunmaq olmaz. Çünki üzərində virus ola bilər. Eyni zamanda ön hissədə göz iltihabına səbəb olan başqa viruslar toplana bilər. Maskaya toxunub sonra gözə əl vursaq, infesksiyanı öz əlimizlə yaymış olarıq".
Onun sözlərinə görə, fiziki işlə məşğul olanlar tez tərlədiklərinə görə, maska nəmlənən kimi onu dəyişmək lazımdır: "Havaların çox isti olduğu yay aylarında maska tez islandığına görə, onu qətiyyən bir daha taxmaq olmaz. Cərrahi maskalar yuyulub yenidən istifadə üçün nəzərdə tutulmur. Amma parça maskaları yuyub, qurudub yenidən taxmaq olar".
Həkim bildirib ki, maskanı çıxarandan sonra qatlayıb cibə qoymaq yanlışdır: "Maskanın ön hissəsi kirli olaraq qəbul edilməlidir. Ora əllə toxunmaq olmaz. Toxunsaq belə əlimizi su, sabunla yumalı, ya da dezinfeksiaedici məhlulla silməliyik".
Mütəxəssis deyib ki, rezinli maska taxanlar yayda daha çox diqqətli olmalıdırlar. Onun sözlərinə görə, belə maskalar böyük üzlərdə daha çox tərləmə və qulaq arxasında qaşıntı yaradar. Ona görə də maska üzün ölçüsünə uyğun seçilməlidir. Onun darlğı və genişliyinə diqqət olunmalıdır. Maskanın rezini, ipləri qulaq arxasında zədə yaradırsa, o zaman iplə başın arxasında bağlanan maska istifadə olunmalıdır: "Bu il ərzində maskayla yaşayacağıq, ona görə də düzgün istifadə etməyi öyrənməliyik".
Onun sözlərinə görə, iki-üç qatlı pambıq maskalar qoruyuculuq baxımından daha yaxşıdır. İnfeksionist onu da bildirib ki, pambıq maskalar üzünü yeni təraş edən kişllərdə daha çox tüklənmə yarada bilər. Bu isə bir müddət sonra qaşınmaya və istər-istəməz üzə tez-tez toxunmağa səbəb ola bilər: "Belə hallarda fərqli maskalar seçmək olar. Ümumiyytlə, parça olmayan maskalar taxılanda kişilər belə bir problemlə qarşılaşa bilər".
O, həssas dəri problem olanlara daha çox parça maska taxmağı tövsiyə edib: "Qaşınma halı maskanın üzərinə toxunmağımıza və bununla da virusa yoluxma riskinin artmasına səbəb ola bilər".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1423   Tarix: 28 iyun 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi geyim dəbləri dunyanin en seksual qadinlari günel facebook bəxtiyar vahabzadə ana şeiri xalq mahnilari sozleri kosmetika sağlamlıq yemek reseptleri bayatilar bayatılarımızda vətən həsrəti səməd vurğun