E vitaminində gizlənən cavanlıq cövhəri

E vitaminində gizlənən cavanlıq cövhəriİnsan orqanizminin ehtiyac duyduğu və çatışmazlığı ciddi sağlamlıq problemlərinə yol açan vitaminlərdən biri də E-dir. Əsasən yağlarda olan bu vitamin, yağı çox qızdırdıqda parçalanıb ölür. Buna görə də tərəvəz salatlarını E vitamini ilə zəngin olan zeytun yağı ilə yemək tövsiyə olunur. Əsasən, buğda, zeytun yağı, soya yağı, balıq, qoz, fındıq, kərə, pomidor, qarğıdalı yağı, ispanaq, yumurta sarısı, böyrək və qaraciyərin tərkibində olan E vitamini ehtiyacını ödəmək üçün tərəvəzi qızartmadan və qaynatmadan yeyin. Həmçinin həftədə ən azı 2 dəfə balıq yeyin. Həftədə ən azı 2 dəfə noxud, mərci, yaxud lobyadan istifadə edin. Ya sadalananları yeməklə, ya da E vitamini həbləri, yaxud E vitamini yağından istifadə edərək orqanizmin sözügedən vitaminə olan tələbatını ödəyin.
Publika.az E vitamininin faydalarını təqdim edir.
E vitamini bəzi bədən funksiyaları üçün mühüm rol oynayan maddədir. Lakin sadəcə, güclü antioksidant deyil, eyni zamanda immunitet sistemini gücləndirən, saç və dəri baxımı üçün də ən effektli vasitədir.
Qırışlarla mübarizə aparır
E vitamini, qırışlar və digər yaşlanma əlamətləri ilə mübarizəsə böyük rol oynayır. Güclü antioksidant olduğu üçün bədəndəki hüceyrə oksidləşməsinin zərərlərini azaltmağa kömək edir. Dəyərli E vitamini yağı orqanizmdəki sərbəst radikalların təsirini azaldır. Qocalma prosesini ləngidən E vitamini dəri xərçəngindən də qoruyur.
İstifadə etmək üçün: E vitamini ehtiva edən qidaları yeməklə yanaşı, gecələr yatmazdan əvvəl dərinizə E vitamini yağı, hindqozu yağı və ya zeytun yağını qarışdırıb sürtün. Səhər qalxdıqda dəri məsamələrinin tıxanmaması üçün üzünüzü ilıq su ilə yuyum.
Saçları uzadır
E vitamini saç dərisi və kökləri üçün təsirli maddədir. Qan dövranının işini yaxşılaşdırdığı üçün saçların daha sağlam olmasını və tez uzanmasını təmin edir. Daha əvvəl qeyd etdiyimiz kimi, güclü antioksidant olan E vitamini saç köklərini gücləndirir və erkən saç ağarmasının da qarşısını alır.
İstifadə etmək üçün: Daha yaxşı nəticə əldə etmək istəyirsinizsə, saç diblərinə zeytun yağı və hindqozu yağından hazırlanan maska çəkin. Həmin qarışığı təxminən 30 dəqiqə saçda saxladıqdan sonra ilıq su ilə yuyun.
Quru dərini nəmləndirir
E vitamini quru dərini nəmləndirən ən yaxşı vasitələrdən biridir, xüsusilə də əllər üçün çox təsirlidir. Bu vitamin dəri elastikliyini bərpa edir və dəri çatlamasının qarşısını alır.
İstifadə etmək üçün: Bədən losyonları aldıqda tərkibində E vitamini yağı olmasına diqqət edin. Gecə yatmazdan əvvəl və səhərlər istifadə etdikdə daha yaxşı nəticələr əldə edilir.
Çatlayan dodaqları sağaldır
Xüsusilə həddindən artıq günəş, külək və soyuq havaya məruz qalan dodaqlar quruyur və çatlayır. E vitamini bu problemin ən güclü dərmanıdır.
İstifadə etmək üçün: Çatlamış dodaqlara E vitamini yağı çəkin.
Yara və çat izlərini azaldır
Hamiləlik və ya kökəlib arıqladıqda dəridə çatlar əmələ gəlir. Bədənin müxtəlif nahiyələrində yaranan çatlar qadınların özünə inamını azaldır. E vitamininin ən böyük faydalarından biri də bu çatları aradan qaldırmasıdır. Dərini nəmləndirərək zədələnmiş hüceyrələrin yenilənməsini sürətləndirir. Güclü antioksidant təsiri ilə kollogen liflərini sərbəst radikalların hücumundan qoruyur.
İstifadə etmək üçün: E vitamini yağını çatlara sürtün və 10-15 dəqiqə masaj edərək dəriyə yedirdin. Təsirini artırmaq üçün zeytun yağı, hindqozuyağı və ya limon şirəsi ilə qarışdırmaq da olar. 20-30 dəqiqə sonra yağ çəkdiyiniz nahiyəni yaxalayın və bu proseduru gündə iki dəfə təkrar edin.
Dırnaqları uzadır
Kövrək dırnaqlar, əsasən, təbii qocalma prosesinin əlaməti sayılmaqla yanaşı, göbələk infeksiyalarının və bəzi digər xəstəliklərin nəticəsində də yarana bilər. E vitamini kövrək dırnaqlar üçün də yaxşı dərmandır. E vitamini yağı mütəmadi istifadə zamanı dırnaqların qırılma riskini azaldır.
İstifadə etmək üçün: Yatmazdan əvvəl dırnaqlara E vitamini yağı çəkin və 5-10 dəqiqə masaj edin. Bunu həftədə bir neçə dəfə etdikdə,problemi aradan qaldırır.

Sağlamlıq     Baxılıb: 1866   Tarix: 01 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Cəfərinin insan orqanizminə inanılmaz faydaları

Cəfərinin insan orqanizminə inanılmaz faydaları. Cəfəri bədəni təmizləmək üçün çox gözəl qidadır. 15-16 dənə cəfərini saplağı ilə birlikdə havanda(blender)yaxşıca əzirik, üzərinə, yarım limon sıxırıq yaxşıca qarışdırırıq

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Masaj müalicəvi faydaları

Masaj xidməti müalicəvi xüsusiyyəti tarix boyu tanınmışdır. Dünyada icra edilən masajların nəzərdən keçirilən zaman göstərir ki, bunların çoxu, təxminən 90%-i, sağlamlığın bərpası məqsədilə tibbi masaj xidməti kimi icra edilir

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Əsəblər sakitləşir, baş ağrısı dayanır - 1 dəqiqə vaxt lazımdı

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərində

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Qara zirə (Çörək otunun) faydaları

1.Qara zirənin üyüdülmuş dənələrini balla qarişdirilmiş halda istifadə etmək öd kisəsindəki və böyrəklərdəki daşları əritməyə kömək edir. 2.Qara zirə orqanizmin iş qabiliyyətini və həyat tonusunu yüksəldir. 3.Qara zirəni

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

turlar.az

qadin dunyasi geyim necə seçməli gelinlikler valideyn haqqinda yumurtlama dovru uzun saclarin yigilmasi qaragatin faydasi kosmetika gülməli hakıştalar oğlan evine aid hakisda bayatilar baldıza aid hakışta novruza aid hakisdalar