Əbədi problem: qadın işləsin, ya yox?

Əbədi problem: qadın işləsin, ya yox?Müasir qadınlar daha çox karyeraya üstünlük versələr də, çox vaxt onların bu istəyi kişilər tərəfindən sakit qarşılanmır. Qadınların daha sərbəst, işgüzar olmağa can atmaları ailədaxili mübahisələrə, hətta ailələrin dağılmasına gətirib çıxarır.

Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, kişilər və onun qohumları çox vaxt qadının qarşısında şərt qoyurlar ki, ya karyeranı seçməlisən, ya da analığı. "Əslində isə bunlar bir-birini tamamlaya bilər. Yaxşı ana həm də yaxşı iş xanımı ola bilər. Azərbaycanda kifayət qədər xanımlar var ki, karyera da qurublar, həm də yaxşı anadırlar", - deyən həmsöhbətimiz ailə və karyeranı bir-birinə qarşı qoymağın əleyhinədir. Onun sözlərinə görə, bunları bir-birinə qarşı qoyduqda ailələlərdə süni konfliktlər, problemlər yaranır. "Konflikt və problemlərə ehtiyac olmasa belə, kişi çox vaxt deyir ki: "Yox! Sənin işin mənə lazım deyil!"

E.Rüstəmovun sözlərinə görə, elə kişilər var ki, heç nişanlı olmasalar, qızla bir-birini yenicə tanısalar belə, artıq birinci şərt qoyurlar ki, biz ailə qurduğumuz təqdirdə sən işləməyəcəksən. Bir çox hallarda qadının işləməsinə olan etirazlar ailənin dağılmasına gətirib çıxarır. "Düşünürəm ki, ailəni və işi bir yerdə birləşdirmək olar. Sadəcə, burada proporsiyanı qorumaq lazımdır. Hər ikisinə, əsasən də ailəyə daha çox diqqət ayrılmalıdır".

"Ailələrdə bizə həmişə deyirdilər ki, evin paytaxı mətbəxtdir. Bu gün bu anlayış yoxdur. Bu gün fastfud, kafe, yeməkxana, restoranlar, evlərə çatdırılmalar da var ki, çoxu bu xidmətlərdən yararlanır. Ona görə də bu gün kişi üçün qadının mətbəxdə olması vacib deyil", - deyən müsahibim bildirib ki, qadın fəaliyyətsiz olduğu təqdirdə, işləmədiyi halda ailədaxili konfliktlər meydana çıxır. Onun fikrincə, qadın çalışsa, özünü faydalı görsə, ailələrdə belə problemlər də olmayacaq.

Rüstəmov deyir ki, xanımlar fəaliyyətdə olmadığu halda onlarda depressiya, özünə güvənin aşağı düşməsi baş verir. Kişilər isə əksinə, ailəni maddi cəhətdən təmin etmək üçün bütün yükü öz üzərinə götürür, bütün günü ora-bura qaçırlar. Nəticədə həm uşaqlara, həm də qadına diqqət sıfır səviyyəsində olur. Qadın da sosial şəbəkələrə, internetə fikrini yönəldir. Bütün günü ev işləri ilə məşğul olduğu üçün əsəbləri də gərginləşir. "Qadın fikirləşir ki, işdə heç olmasa kollektivdə olar, iş yoldaşları ilə ünsiyyət quraram. İşləsəm, özümə güvənim artacaq, maaşım az olsa belə, özümü faydalı hiss edəcəyəm. Əks halda, qadın özünü mexaniki robot kimi hiss edir. Fikir verin ki, işləyən xanım üçün məvacib o qədər də önəmli deyil. Onun üçün əsas kollektivdə olmaqdır".

Bəzi kişilərin qadınların işləməsinə tənqidi yanaşdığını deyən psixoloq bildirib ki, öz güvəni aşağı olan, kompleksli kişilər qadınla tanışlığının ilk günündə bu kimi şərtlər qoyurlar. "Yaxşı olar ki, bu iddianı irəli sürən kişilər öz psixoloji durumuna fikir versinlər. Qadın işləsə, nə olacaq ki? Bəzi kişilər yanlış olaraq işləyərkən qadının əxlaqının pozulacağını düşünürlər. Amma qadının əxlaqı o, evdə oturanda da pozula bilər".

Sosioloq Yeganə Abdullayevanın sözlərinə görə, qadına işə və ailəyə eyni dərəcədə diqqət ayırmaq çox çətin olur. Ona görə ki, kişilərdən fərqli olaraq qadın evdə də işləyir - uşaqlara baxır, yemək bişirir, təmizlik işləri görür və s. Aparılan sorğuya görə, qadınlar arasında "ev işləri" çərçivəsindən çıxaraq karyera qurmağa can atanlar çoxdur. Kişilər arasında isə ev işləri, uşağa qayğı göstərmək kimi qadına xas olan öhdəliklərə maraq göstərənlər az olur.

İşgüzar həyat qadınlar və kişilər üçün fərqlidir. Kişilərin başları işə qarışsa da, onlar işdə yorulsalar da, adətən evdə onları qayğıkeş həyat yoldaşları gözləyir. Qadın ev və uşaqlarla bağlı problemləri həll etdiyindən kişi evdə dincəlir. Onun bütün fikri yalnız işə yönəlir. İşgüzar qadınlar isə bütün bu problemləri özləri həll edir, üstəlik işdə də nailiyyətlər əldə etməyə çalışırlar. Bunlara baxmayaraq, bu gün qadınlar arasında ev qayğılarından qaçan, işləmək istəyən qadınların sayı artmaqdadır. Ailəli qadınlar müxtəlif səbəblərə görə - maddi ehtiyac üzündən, evdə darıxdığından, öz bəzək və geyimlərini digərlərinə göstərməkdən, əylənməkdən, ev qayğılarından uzaqlaşmaqdan, özlərini təsdiq etmək, vacib hiss etməkdən və ya uşaqlar böyüyəndən sonra başqa qayğılarla başını qatmaqdan ötrü - işləyirlər. Bəzi qadınlar isə maddi cəhətdən həyat yoldaşından və ya valideynlərdən asılı olmamaq, özləri qazandıqları pulları istədiyi kimi xərcləmək üçün işə gedirlər.

Sosioloqa görə, boşanmış və ya ailə qurmayan qadınların işləmək istəyinin səbəbləri isə fərqlidir. "Onlar daha çox maddi çətinliklə üzləşdiyi üçün işləmək məcburiyyətində qalırlar. Bəzi qadınlar isə işi hər şeydən üstün tutur və bütün vaxtlarını işə sərf edirlər. Belə qadınların şəxsi həyata vaxtları qalmır. Onlar işlərini itirməmək, ailənin işə mane olacağından qorxaraq ailə qurmurlar. Belə qadınlar üçün işləri, işlə bağlı uğurları hər şeydən vacibdir. Onlar gələcək həyat yoldaşı və uşaqları karyerasına sədd çəkən bir maneə kimi görürlər".

Xəbərlər     Baxılıb: 2104   Tarix: 30 sentyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Ödem atan bitki çayları hansılardır?

Gündəlik həyatda üz, əl, ayaq və ya qarın nahiyəsində yaranan şişkinlik hissi çox vaxt bədəndə artıq mayenin toplanması, yəni ödem ilə bağlı olur. Həddindən artıq duz istehlakı, az su içmək, hərəkətsizlik və stres bu vəziyyət

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Evdə etdiyiniz bu səhvlər allergiyanı kəskin artırır - NƏLƏRDİR?

"Allergiyanı tam aradan qaldırmaq hər zaman mümkün olmasa da, simptomları nəzarətdə saxlamaq və xəstəliyin təsirini azaltmaq mümkündür". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyə

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Bu əlamətlər bağırsaq probleminin göstəricisidir

Qarında yaranan bəzi ağrılar sadə narahatlıqdan daha ciddi problemlərin əlaməti ola bilər. Həkimlərin sözlərinə görə, xüsusilə qəfil başlayan və güclü hiss edilən ağrılar diqqətdən kənarda qalmamalıdır. xəbər verir ki, mütəxəssislə

.

Şüşə, yoxsa metal qab: Hansını ALAQ?

Qablaşdırma materialı yalnız "qutu" rolunu oynamır, eyni zamanda qidanın biokimyəvi tərkibinə təsir göstərə bilər. xəbər verir ki, bəzi metal konserv qablarının daxili örtüyündə istifadə olunan Bisfenol A (BPA

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

turlar.az

qadin sayti qis geyimləri 2026 toy makiyajlari kələm salatı yemək resepti süfrə bəzədilməsi dosabin xeyri kosmetika hakışda terezi qz eviyçun hakışta baldiz arıqla