Ədviyyatların insan sağlamlığı üçün XEYİRİ VƏ ZƏRƏRİ

Ədviyyatların insan sağlamlığı üçün XEYİRİ VƏ ZƏRƏRİƏdviyyatlar yemək və şirniyyatlara xüsusi dad, xoş iy, bəzən də rəng vermək üçün istifadə olunur. Onlar insan orqanizmi üçün çox faydalıdır. Dünyada ən çox ədviyyat istifadə edilən ölkə Hindistan və Türkiyədir. Onların insan orqanizminə faydaları müxtəlifdir. Məsələn, immuniteti gücləndirir, maddələr mübadiləsini sürətləndirir, həzm sistemini tənzimləyir, ürəyə faydalıdır, orqanizmin şəkər istəyini azaldır, köp və həzm şikayəti olanlara müsbət təsir edir və sair. Ədviyyatların ən faydalı xüsusiyyətlərindən biri də antioksidan təsir göstərmələridir.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən Milli.Az-a verilən məlumata görə, ölkəmizdə ən çox istifadə edilən ədviyyatların həm faydası, həm də ziyanları var. Həmin ədviyyatları təqdim edirik:
Qırmızı bibər
Qırmızı bibərə acılıq verən içərisində olan "Capsaicin" maddəsidir. O maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir. Ekstraksiya sisteminə müsbət təsir göstərən qırmızı bibər, eyni zamanda qrip və soyuqdəymə zamanı xəstəliyi yüngülləşdirir. İngiltərədə aparılan araşdırmalar nəticəsində qırmızı bibərin orqanizmin xərçəng xəstəliyinə müqavimətini gücləndirdiyi də müəyyən edilib.  Ekzema və ürək-damar çatışmazlığından əziyyət çəkən insanların bu ədviyyədən mümkün qədər istifadə etməmələri tövsiyə olunur.
Qara istiot
Qara istiot ölkəmizdə ən çox istifadə edilən ədviyyatlardan biridir. O qrip, soyuqdəymə kimi xəstəliklərə qarşı müqaviməti artırır. Gün ərzində normadan artıq istifadə ateroskleroz xəstəliklərinə səbəb ola, orqanizmdə təzyiqin qeyri-stabil hal almasına gətirib çıxara bilər. Bununla yanaşı, mədə ağrılarından əziyyət çəkən insanların istifadə etməsi tövsiyyə olunmur.
Kəklikotu
Bu ədviyyat növü əsasən ət yeməklərində istifadə edilir. Həzm prosesini yaxşılaşdırır. Mədəni rahatlaşdırır və köp yaranmasının qarşısını alır. Kəklikotu qanda xolesterol səviyyəsini tənzimləmə xüsusiyyətinə də malikdir.
Adi cirə (kimyon)
Adi cirə xüsusilə süd verən analara müsbət təsir göstərir. Süd ifrazını artırır və körpənin kopünü azaldır. Bu ədviyyat növündən normadan artıq istifadə edildiyi təqdirdə insanda yorğunluq yarada, həmçinin görmə pozğunluğuna gətirib çıxara bilər.
Nanə
Həzmsizliyi aradan qaldırır və ürək bulanmaları azaltmağa kömək edir. Nanə stressi götürür, insanı rahatlandırır. Həmçinin yay-qış aylarında çay kimi istehlak edilə bilər. Boğaz ağrısı üçün də faydalıdır.
Zəncəfil
Bədəndə adrenalin ifrazını və enerjini artırır. Soyuqdəymənin müalicəsinə müsbət təsir göstərir. Tərkibindəki sink cinsi aktivliyi artırır.
Darçın
Darçın insulin hormonuna təsiri ilə qan şəkərini tənzimləyir. O orqanizmi şlaklar, toksinlər, sərbəst radikallardan və qurdlardan təmizləyir, hətta xərçəng əleyhinə təsiri var. Meyvələrin üzərinə bir çay qaşığı darçın səpib yedikdə maddələr mübadiləsini sürətləndirir.
Sarıkök
Mədə xorasına qarşı faydalıdır. Xolesterinin səviyyəsini aşağı salır. Sarıkök alzeymerə yaxalanmaq riskini azaldan ən təsirli vasitələrdən biridir.
Ardıc
Bu ədviyyatın normadan artıq istifadəsi böyrəklərin fəaliyyətində bir sıra fəsadlara yol aça, habelə hamilə qadınlarda uşaq düşməsi riskini artıra bilər.
Zəfəran
Normadan artıq istifadəsi toksiki təsirə səbəb olur.
Sumaq
Normadan artıq istifadə maddələr mübadiləsini zəiflədə, qəbizliyə səbəb ola bilir.
Araşdırmalar göstərir ki, yeməklərə ədviyyat əlavə edilməsi duzdan istifadəni azaltma yollarından biridir. Belə ki, Amerika Ədviyyat Ticarətçilər Birliyinin (ASTA) məlumatına görə, qidalarda qara bibər, sarımsaq tozu, adi cirə, razyana, zəncəfil, keşniş və reyhan, şüyüd kimi quru otlardan duzun ləzzətini təmin etmək üçün istifadə edilə bilər.
Onu da qeyd etmək lazımdır ki, ədviyyatların orqanizmə faydaları ilə yanaşı əks təsiri də mümkündür. Belə ki, qida rasionunda normadan artıq istifadəsi insan sağlamlığına mənfi təsir göstərə bilər. Ədviyyatların əsasən 5-10 qramdan artıq istifadəsi normadan artıq hesab olunur və insan sağlamlığı üçün təhlükələr yarada bilər.
Bunlara misal olaraq adaçayı və darçın normadan artıq istifadə edildikdə sancılara səbəb olur, eləcə də sedativ xüsusiyyətlərə malik mixək insanda yorğunluq yaradır. 
Növ zənginliyi ilə seçilən ədviyyatları qorumaq üçün onları düzgün şəraitdə 20°C temperaturda, nisbi rütubəti 75 faizdən çox olmayan yerlərdə saxlamaq lazımdır. Onların saxlanma müddəti məhsulun istehsal vaxtından asılı olaraq bir ili keçməməlidir. 
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2004   Tarix: 11 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

qis geyimləri 2026 aksessuarlar yemek reseptleri hicab baglamaq müsabiqələr qadın sonsuzluğu 2026 geyimi kosmetika balıq qoğalın nağlı ağır itki porno banan