Əhalinin DİQQƏTİNƏ! Prezident VACİB FƏRMAN imzaladı

Əhalinin DİQQƏTİNƏ! Prezident VACİB FƏRMAN imzaladıPrezident İlham Əliyev "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
"Report" xəbər verir ki, fərmana əsasən, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına aşağıdakı dəyişikliklər edilib:
1.1. 1-ci hissədə "məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər" sözlərindən sonra "(fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla)" sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 1-1-ci, 1-2-ci və 1-3-cü hissələr əlavə edilsin:
"1-1. Fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun.
1-2. Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödənilsin.
1-3. Bu Fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilsin".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisi üzrə limiti üç gün müddətində müəyyən etsin;
2.2. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulan yerlərin qazlaşdırılması ilə bağlı təkliflərini on beş gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini on beş gün müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi:
3.1. fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sayını, məskunlaşma yerlərini və adlı siyahılarını aidiyyəti şəhər (rayon) icra hakimiyyətləri, "Azəriqaz" İstehsalat Birliyi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti ilə birgə müəyyən etsin;
3.2. bu Fərmanın 3.1-ci bəndində nəzərdə tutulmuş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa "Azəriqaz" İstehsalat Birliyinə, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə və məişət tullantılarının daşınmasını həyata keçirən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Xəbərlər     Baxılıb: 4097   Tarix: 14 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu tərəvəzləri çiy yemək olmaz

Gündəlik menyumuzda yer alan bəzi tərəvəzlər var ki, onların çiy şəkildə istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu tərəvəzlər yalnız bişirilmiş halda istifad

.

Bu meyvənin qabığını zibilə atmayın

Tibbin banilərindən biri olan İbn-i Sina öz əsərlərində qida və bitkilərin müalicəvi gücünü xüsusi vurğulayıb. Onun məşhur "Əl-Kanun fit-Tıbb" adlı tibbi ensiklopediyasında adını çəkdiyi və təbii müalicə vasitəs

.

Zehni yorğunluğu azaldır - Dənəsi 70 qəpikdən satılır

Qarğıdalı həm dadı, həm də tərkibi ilə sağlam qidalanmada mühüm yer tutur. Tərkibindəki vitamin və minerallar sayəsində orqanizm üçün müxtəlif faydalar təqdim edir. Bəzi hallarda isə müəyyən sağlamlıq riskləri ilə də müşahid

.

Beynimiz xəyalla reallığı ayırd edə bilmir?

Beynimiz bəzən gerçəklə xəyalı ayırmaqda çətinlik çəkə bilər. ABŞ-də aparılan yeni bir elmi araşdırma bu mövzuya fərqli yanaşma təqdim edib. xəbər verir ki, alimlər beynimizdəki bəzi hissələrin həm real görüntü zamanı, hə

.

Oturaq işlər kişiləri sonsuzlaşdırır

Uzun müddət masa arxasında və ya oturaq mühitdə işləmək kişilər üçün həm fiziki, həm də reproduktiv sağlamlıq baxımından ciddi fəsadlara yol aça bilər. xəbər verir ki, oturaq həyat tərzi qan dövranını zəiflədir, xüsusil

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Hər gün bir fincan çay içməyin sağlamlığa 7 faydası

Milyonlarla insan çayı sevir, xüsusilə azərbaycanlıar. Bəziləri hətta gündə dörd-beş fincan belə içir. Və əksəriyyəti bunu bilmir ki, çay yalnız ləzzətli deyil, həm də çox faydalıdır. -a istinadən xəbər verir ki, seçdiyini

.

30-40-50 yaşlarında bədəndə nə baş verir? - Gələcək xəstəliklər və qorunma yolları

Yaşın irəliləməsi ilə birlikdə onurğa sağlamlığı da böyük əhəmiyyət kəsb edir. Kalsium və D vitaminindən zəngin qidalanma iri yaşlarda onurğa xəstəliklərinə qarşı qoruyucu təsir göstərir. Bəs uşaqlıqdan 30, 40, 50 yaşların

.

Bəzi qidalar ürək xəstəliklərinə səbəb olur – SİYAHI

rək-damar xəstəlikləri dünyada ən çox ölümə səbəb olan sağlamlıq problemləri arasında yer alır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi gündəlik istehlak edilən qidalar ürəyə ciddi zərər vurur. xəbər verir ki, ürəyə zərə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qadin sayti toy makiyaji sekilleri qadin dunyasi tarixdə iz qoyanlar ana və körpə balıq yağı ariqlamaq ucun yasil cay nizami gencevi badambura ariqla qiz burcu bakire