Əhalinin DİQQƏTİNƏ! Prezidentdən MÜHÜM FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.
Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
Nazirlər Kabinetinə bu fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti və "Azərsu" Açıq Səhmdar Cəmiyyəti isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Yusuf Güney həbs olundu
Məşhur aktyor xərçəngdən vəfat etdi - FOTO
Məşhur aktrisa Fələstin üçün yeni şirkət quracaq
Survivor'un məşhur siması BOŞANDI
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları