Əhaliyə ŞAD XƏBƏR: dövlət və özəl sektorda işləyənlərin maaşları artırılacaq (FOTO)
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyatçı-ekspert Vüqar Bayramov AZƏRTAC-a müsahibəsində deyib. Ekspertin sözlərinə görə, bütün çətinliklərə rəğmən sosial xərclərdə azalmalar deyil, artımlar var.
Ekspert qeyd edib ki, Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb. Minimum aylıq əməkhaqqının məbləği 2017-ci il yanvarın 1-dən 116 manat müəyyən edilib. Minimum aylıq əməkhaqqının artırılması dövlət və özəl sektor işçilərinin maaşlarının artımına gətirəcək.
Manatın devalvasiyası ilə əlaqədar müəyyən inflyasiya təzyiqləri mövcuddur və bunun əhalinin ən həssas qruplarına mənfi təsirinin yumşaldılması məqsədi ilə dövlət tərəfindən müəyyən tədbirlər görülür. Bu tədbirlər əhalinin maddi rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək istiqamətində atılan inamlı addımlardır.
Ölkə başçısının "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamı pensiyaların miqdarında artımlar olacağına imkan verir. Sosial xərclərin məbləğinin artması eyni zamanda əmək haqqı və pensiya artımları üçün maliyyə bazası formalaşdırır. Bu Sərəncam pensiyaçıların dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu nümayiş etdirir.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir
Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?