Əhaliyə ŞAD XƏBƏR - Pulsuz olacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Baktelecom" tərəfindən reallaşdırılan "İctimai internet" layihəsinin əhatə dairəsi bir qədər də genişləndirilib.
Nazirlikdən Sonxeber.az-a verilən məlumata görə, bu gündən etibarən Xaqani və Sabir bağlarını istirahət üçün seçən insanlar da pulsuz internet xidmətindən faydalana bilərlər.
Bu günlərdə keçiriləcək Formula 1 yarışları üzrə Azərbaycan Qran Prisi ərəfəsində paytaxt ərazisinə turist axınını və şəbəkənin istifadəçilər tərəfindən aktiv istismarını nəzərə alaraq layihə çərçivəsində intensiv işlər görülüb.
Qeydiyyat sistemi təkmilləşdirilərək optimallaşdırılıb. İndi istifadəçilər mobil telefon, notebook, planşet və s. portativ cihazlarlardan daha rahat və sürətli formada şəbəkəyə qoşula bilər.
Artıq pulsuz internetə qoşulanların sayı 250 mini ötüb.
Yaxın zamanda Hüseyn Cavid parkı, Qış parkı, Dədə Qorqud parkı və Zabitlər bağı, da pulsuz internetlə təmin ediləcək.
Qeyd edək ki, mart ayından istifadəyə verilən ictimai internet şəbəkəsi Dövlət Bayraq Meydanı və Ağ şəhər zonası daxil olmaqla Dənizkənarı Milli Parkın böyük hissəsində, "İçərişəhər" Tarix-Memarlıq Qoruğu, Heydər Əliyev Mərkəzinin parkı və Sahil bağı ərazilərində aktiv edilib.
f Paylaş








Hakışta
Mükəmməl seks üçün yataqdakı QAYDALAR
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aleynanın anası bu yolla bir gündə milyonlar qazandı
Hüseyn Çeliki tənqid etdi: 'Oxumağın bərbaddır, insan ol
Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür
Xəyanət iddialarına görə boşanırlar
Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"
Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr