EHTİYATLI OLUN! Telefon şüası görün nəyə mane olur
Texnologiyaların insanları əsir aldığı bir dövrdə cəmiyyətdə istər gənc, istərsə də yaşlı nəsli telefonsuz təsəvvür etmək olmur.
7-dən 70-ə hər kəsin istifadə etdiyi müxtəlif növ ağıllı telefonlar insan orqanizminə ciddi ziyan vurur.
Publika.Az xəbər verir ki, xərçəng xəstəliyinin yaranma səbəblərindən biri olan güclü şüalarla zəngin telefonları gecə yatarkən baş ucumuza qoyuruq. Bütün gün boyu əlimizdən düşməyən telefonlar, yatarkən də bizi müxtəlif xəstəliklərin astanasına sürükləyir.
Telefondan asılılıq insanları daha ağır xəstəliklərə düçar edir. Gecə süni işıq, yuxunu və oyaqlığı tənzimləyən melatonin hormonunun istehsalını azaldır. Melatonin hormonu beyində yerləşən epifiz vəzi (onu həm də "üçüncü göz" adlandırırlar) tərəfindən ifraz olunur. Melotonin yuxu hormonudur və onun qanda olan səviyyəsi xüsusilə gecə saatlarında qalxır. Melotonin hormonun ifrazı saat 00:00-dan 04:00-a kimi yüksəlir. Məhz buna görə insanlar sağlam və cavan qalmaq üçün bu saatlarda kəsintisiz dərin yuxu yatmalıdır. Gecə ərzində ifraz olunan hormon orqanizmi bərpa edir və onu cavanlaşdırır.
Aşağı melatonin hormonu isə əksinə depressiya, xərçəng xəstəliyi, köklük, bir sıra ürək xəstəlikləri və immunitet sisteminin zəifləməsi ilə nəticələnə bilər. Bu səbəbdən mümkün qədər yuxu rejiminə riayət etmək, gecə saatlarında telefon istifadəsindən imtina etmək tövsiyyə olunur.









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir