Əks cinsin nümayəndələrindən fərqimiz

Əks cinsin nümayəndələrindən fərqimizƏks cinsin nümayəndələrindən fərqimiz

1) İybilmə duyğusu qadınlarda 20 faiz yaxşı olsa da, ətir yaradıcılarının 80 faizi kişidir.

2) Fərq elə beşikdən başlanır. Klinik məlumatlara müvafiq olaraq bu zaman oğlanlar yerlərində fırlanır, qızlar isə ətrafdakılara diqqətlə nəzər salırlar.

3) Kişi beyni qadın beynindən 200 qram ağırdır.

4) Qızlar daha tez dil açır.

5) 68 faiz kişi, 20 faiz qadın ononizmlə məşğul olur.

6) Psixi tənəzüllər qadınlarda iki dəfə tez baş verir.

7) Qadınlarda musiqi qabiliyyəti daha yaxşıdır. Bu mənada 6 qadına 1 kişi düşür.

8) Kişilər adətən öz tələblərini birbaşa irəli sürür, qadınlarsa "mıs-mıs" edirlər.

9) Uşaq oyuncaqları istehsalçılarının fikrincə, oğlanlarda yaradıcılıq qabiliyyəti daha aydın ifadə olunub.

10) Qadınlar kişilərdən üç dəfə çox telefonla danışır, buna gündə 20 dəqiqə vaxt sərf edirlər. Kişilərdə bu müddət 6 dəqiqədən çox deyil.

11) Kişilərdə ağ ciyərin məhsuldarlığı 20 faiz, ürəyinki isə 15 faiz çoxdur.

12) 15-24 yaşlı oğlanlar qızlara nisbətən 6 dəfə çox uğursuzluqla rastlaşır, üç dəfə artıq yol hadisəsi törədir və tez-tez intihar edirlər.

13) Kişilərin 48 faizi, qadınlarınsa yalnız 22 faizi xoruldayır.

14) Miqrenlərin dörddə üç hissəsi qadınların payına düşür.

15) Qadınlar kişilərdən çox yaşasalar da, onların qocalma prosesi tez baş verir və nəzərə çarpır.

16) Qadınlar spirtli içkinin təsirinə iki dəfə artıq həssasdır.

17) Solaxaylıq oğlanlar arasında daha çoxdur (beynin sağ yarımkürəsinin üstünlüyü).

18) Tərəf-müqabilinin zahiri görkəmi kişilərin 22 faizi, qadınlarınsa 11 faizi üçün hakim rol oynayır.

19) Yerlərini qeyri-ixtiyari olaraq bulaşdıran uşaqların 90 faizi oğlanlardır.

20) Kişilər riyaziyyata daha çox meyl göstərir. 12 görkəmli riyaziyyatçıya yalnız bir qadın düŞür.

21) Qadınlar şirniyyatı, kişilərsə turşunu çox sevirlər.

22) Dərketmə hissində kəskin fərqlər: toxunmaya az həssas olan qadınlar ən həssas kişini geridə qoyur.

23) Qadınlar xarici dilləri daha tez mənimsəyir.

24) İsveçrəli dilçi Edit Slembekin tədqiqatlarına görə, qadınlar kişilərdən iki dəfə çox felin lazım formasından istifadə edir, beş dəfə çox "ola bilsin" və "bir neçə" sözlərini işlədir, üç dəfə çox sual verir, tez-tez üzr istəyirlər.

25) Oğlanlar öz amansızlıqları ilə qızlardan 15 dəfə artıq fərqlənirlər.

26) Kişilər tez və qətiyyətli, qadınlarsa uzun-uzadı düşüncələrdən və yaxın adamlarla məsləhətlərdən sonra qərar qəbul edir.

27) Kişilər psixatriya müalicəxanalarına iki dəfə artıq düşürlər.

28) Siqaret çəkən kişilər qadınlardan 30 dəfə çoxdur.

29) Oğlanlara qızlardan çox yuxu lazımdır. Lakin bu tənasüb 6 yaşında dəyiŞir. Yaşlı qadınlara isə orta hesabla bir saat çox yuxu lazımdır.

30) Debore Tannenin fikrincə, qadınların kişilərlə söhbəti zamanı "bəli, bəli" demələri, onların kişiləri dinləməsi deməkdir. Kişi isə belə hesab edir ki, qadın onun sözlərini təqdir edir.

31) Hər iki cins bərabər dərəcədə güzgüyə baxmağı xoşlayır: kişilər öz bədənlərindən, qadınlarsa paltarlarından həzz alır.

32) Kişilər çox zaman qırmızı rəngi, qadınlar isə mavi rəngi seçirlər.

33) Qadınların 60 faizi, kişilərin 40 faizi yuxusuzluqdan əziyyət çəkir.

34) Qadınlar stressləri kişilərdən yaxşı keçirirlər. Çünki onlarda adrenalin daha az ayrılır və təzyiq belə kəskin qalxmır.

35) Qadınlar tez-tez gülümsəyir və söhbət əsnasında həmsöhbətin dik gözlərinə baxırlar, kişilər isə əksinə, baxışlarını yayındırırlar.

36)Qadınlar ağrılara daha həssasdırlar, lakin kişilərdən dözümlüdürlər.

37) Kişilər həyatı çətinliklərin öhdəsindən asan gəlir və çox zaman işdə, siyasətdə, idmanda təskinlik tapırlar.

38) Mühakimə olunmuş 10 nəfərdən 9-u kişidir.

Ailə və Uşaq     Baxılıb: 2529   Tarix: 09 yanvar 2015
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Körpəni yatıranda çox yelləməyin, beyinə qan sıza bilər - NEVROLOQ

Uşaqları yelləyərək yatırtmaq düzgündürmü? Bunun zərərli tərəfləri varmı? valideynləri maraqlandıran bu suala cavab tapmağa çalışıb. Uşağı yatırtmaq üçün ayaqda, adeyal və ya beşikdə yelləmək üsullarından istifadə edilir

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

.

Arzuolunmaz hamiləlik

Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, ana olmaq istəməsin. Lakin hamiləlik bəzi hallarda müxtəlif səbəblərdən asılı olaraq arzu olunmayan ola bilər və bu vəziyyətdə nə etməli olduğunuzu bilmirsinizsə, bu mövzudan yararlan

.

Yüksək təzyiq, ürək xəstəlikləri və böyrək problemləri - UŞAQLARINIZI uzaq tutun

Ketçup pomidor, sirkə, şəkər və ədviyyatların qarışığından hazırlanan sous növüdür. Qırmızı rəngdədir və sıx bir tutarlılığa malikdir. Ketçupun əsas istifadə sahələrindən biri yeməkləri şirinləşdirmək və dad verməkdir. Xüsusil

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

.

Uşaqlar kababdan niyə imtina edir? - GİZLİN SƏBƏBLƏRİ VARMIŞ

Azərbaycanda uşaqların müxtəlif kabab yeməmələrinin səbəbi, görəsən nədir?. Sağlamolun.az bunu araşdırıb. Məlum olub ki, uşaqlar bu səbəblərə görə kabab yeməkdən imtina edə bilər:. Dad üstünlükləri: Uşaqlar müxtəlif dad üstünlüklərin

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq

Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir. Bu arabada körpənin beli dü

turlar.az

donlar 2026 yaz geyimleri 2026 makiyaj etmek qaydalari prezervativ masaj şirniyyat resepti elm haqqinda atalar sozu kosmetika kokelmek sağlamlıq cinsi əlaqə itburnu novruz bayramina aid hakista