Ekstrasistoliya. Ürəkdə narahatçılığın səbəbi

Ekstrasistoliya. Ürəkdə narahatçılığın səbəbiÜrəyin ritm pozulmaları arasında ən çox rast gəlinən ekstrasistoliya - ürək əzələsinin heterotrop oyanması və vaxtından əvvəl yığılması ilə xarakterizə olunur.
Təxminən hər 10 xəstədən 6-da müşahidə olunan ekstrasistoliyanın rastgəlmə tezliyi 50 yaşdan sonra 90 faizə çatır. Əslində sağlam ürək də sutka ərzində 200 dəfə növbədənkənar yığıla bilər. Həmin vəziyyət əsasən sağlam halda stress zamanı, siqaret, alkoqol,  tünd çay və ya qəhvə qəbul edəndə baş verir və funksional xarakter daşıyır. Bəzən də vegetativ və psixoemosional pozulmalar zamanı və ağır fiziki yüklənmə nəticəsində yaranır.
Əgər ekstrasistoliya ürəyin üzvi xəstəlikləri, xüsusən də miokardit, ürəyin işemik xəstəliyi, klapanlarda qüsur, kardiomiopatiya fonunda inkişaf edirsə, adətən patoloji olur. Ürək əzələsinə toksiki təsir göstərən ürəkdənkənar xəstəliklər - allergik reaksiyalar, infesiya, intoksikasiya, tireotoksikoz, zəhərlənmə və şiş prosesləri də ekstrasistoliyaya səbəb olur.
Əlamətlər
Ekstrasistoliya çox vaxt özünü heç bir əlamətlə büruzə vermir, onun simptomları orqanizmin xüsusiyyət və xəstəliyin formasından asılıdır. Bir çox xəstələr heç bir narahatlıq hiss etmir və ritm pozulması təsadüfən EKQ müayinəsində aşkar olunur. Lakin patologiyanı çox ağır keçirən xəstələr də var. Adətən ekstrasistoliya bərk ürək vurğusu, ürəyin dayanmaq hissi və ya qısa dayanmadan sonra vurğuların kəskin şəkildə bərpa olunması kimi üzə çıxır. Ekstrasistolalar ürək nahiyəsində ağrı ilə yanaşı bəzi vegetativ və nevroloji simptomlar - dərinin solğunluğu, həyəcan, qorxu hissi, hava çatışmazlığı hissiyyatı və tərbasma ilə müşayiət olunur.
Oyanma ocağının yerləşməsindən asılı olaraq ekstrasistolalar qulaqcıq, atrioventrikulyar (qulaqcıq-mədəcik), mədəcik və sinus düyünün əmələ gələn sinus taxikardiyası qruplarına bölünür:
Oyanma ocaqlarına görə isə bir neçə forma ayırd edilir:
- monotrop ekstrasistolalar - bir oyanma ocağı və kardioqrammda stabil interval;
- politop ekstrasistolalar - bir neçə oyanma ocağı və müxtəlif intervallar;
- dayanıqsız paroksizmal taxikardiya - bir-birinin ardınca gələn bir neçə ekstrasistola.
Diaqnostika
Ekstrasistoliya diaqnozu kardioloq və ya terapevt tərəfindən xəstənin şikayətləri, əsasən də hər hansı bir ürək xəstəliyi zamanı elektrokardiqrafiya və ehtiyac olarsa sutkalıq EKQ-monitorlaşması  əsasında qoyulur.
Müalicə
Müalicə metodları ekstrasistoliyanın səbəbi, forması və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Ekstrasistoliya narahatlıq və aşkar simptomlar vermirsə onu müalicə etməyə ehtiyac yoxdur. Ekstrasistoliya xəstədə narahatlıq yaradanda ilk növbədə sedativ preparatlar və antidepressantlar təyin olunur. Trankvilizatorların təsirindən ekstrasistoliya tam keçə və ya xəstə onu hiss etməyəcək dərəcədə azala bilər.
Aritmiya zamanı xəstəni ağır fiziki yüklənmə, kəskin dönmə və aşağı əyilməkdən çəkindirmək lazımdır. Tez-tez və kiçik porsiyalarla qidalanmaq, xüsusən axşam saatlarında çox yeməkdən çəkinmək lazımdır, çünki mədənin dolması ürək ritminin pozulmasına səbəb olur. Qazlı içkilər, meteorizmə və qəbizliyə səbəb olan məhsullar qida rasionundan çıxarılmalıdır.
Ekstrasistoliya zamanı qanda kaliumun səviyyəsi nəzarətdə saxlanılmalıdır, çünki kaliumun aşağı konsentrasiyası zamanı ən güclü antiaritmik preparatlar da səmərəsiz olur. Onu mütəmadi olaraq quru meyvələr, xüsusən də qaysı, kişmiş, qara gavalı qurusu, banan və alma yeməklə, bəzən də dərman preparatları ilə qaydaya salmaq olar.
Aritmiya tutması zamanı xəstə sakitləşməli, rahat vəziyyətdə oturmalı, başgicəllənməsi varsa uzanmalı, yaxası açılmalı, tənəffüsünü çətinləşdirən geyim çıxarılmalı, təmiz hava axını yaradılmalıdır. Stress vəziyyəti ilə əlaqədar baş verən ürəkdöyünməni aradan qaldırmaq üçün sedativ preparatlar və ya sakitləşdirici bitki dəmləmələri qəbul olunmalıdır.
Ekstrasistoliya residivləşən gedişə malikdir. Lakin ekstrasistola əksər hallarda xəstənin iş qabiliyyətini azaltmasa da, aritmiyanın başqa növləri ilə ağırlaşa bilir.
Sizə ekstarsistoliyanın xalq təbabəti üsulları ilə müalicəsini təqdim edirik.
RESEPTLƏR
Aritmiya zamanı
1 xörək qaşığı qurudulmuş pişikotu kökləri 1 stəkan qaynar suda 1 saat dəmlənir, gündə 3 dəfə 1 xörək qaşığı qəbul edilir.
Sedativ çay
2 filtr-bağlama Sedativ çay yarım stəkan suda dəmlənir, gündə 2-3 dəfə, hər dəfə yarım stəkan içilir. Qəbul müddəti 1 aydır.
Kəskin ağrılar zamanı
Bəzi hallarda ekstrasistolik tutma ağrı ilə müşayiət olunur. Göyçiçək dəmləməsi ağrını aradan qaldırmaq üçün ən yaxşı vasitələrdən biri hesab olunur. Onu hazırlamaq üçün 1 çay qaşığı quru çiçəklər üzərinə 1 stəkan qaynar su tökülür, ağzı bağlı qabda 1 saat dəmlənəndən sonra gündə 3 dəfə yeməkdən 20 dəqiqə əvvəl içilir.
Normal ürək ritmi üçün
Ekstrasistoliya zamanı ürək ritminin pozulduğuna görə ritmi bərpa edən bitkilər onu aradan qaldırmağa kömək edir.  2 xörək qaşığı gülümbahar çiçəyi 2 stəkan suda 2 saat dəmlənir, gündə 4 dəfə yarım stəkan içilir.
Tonuslandırıcı vasitə
Yemişan, xüsusən də onun cövhəri ürək əzələsi üçün ən yaxşı tonuslandırıcı vasitədir və ekstrasistoliya zamanı yüksəlmiş arterial təzyiqi aşağı salaraq sakitləşdirici təsir göstərir. Cövhəri hazırlamaq üçün 10 qram meyvə 100 qram 40 faizli spirtdə və qaranlıq yerdə 10 gün saxlanır. Süzülmüş yemişan cövhəri gündə üç dəfə 10 damcıdan çox olmamaq şərtilə qəbul olunur. Dozalanmadan artıq qəbulu əks effektə səbəb ola bilər.
Ekstrasistoliya əleyhinə
Ağ turpun təzə sıxılmış şirəsi yarıbayarı balla qarışdırılır, soyuducuya və ya sərin yerə qoyulur. Gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı yeyiləndə ürək əzələsinin işini yaxşılaşdırır və vurğuların sayını stabilləşdirir. Bala və ya turpa qarşı allergiyası olanların reseptdən istifadə etməsi məsləhət görülmür.
Esmira ZEYNALOVA,
Həkim-terapevt
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 981   Tarix: 02 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

turlar.az

aksessuarlar gozel gorunmek qadin dunyasi badimcandan qisa hazirliq mede tursusu ayaqqabı və çanta ayaqqabi ve cantalar kosmetika hakistalar balıq yuxuda qara ilan gormek şəkərbura vətən haqqında bayatı