Elçin bu dəfə şəhid övladları üçün oxudu
Sevilən müğənni Elçin Cəfərov şəhid övladları üçün unudulmaz konsert proqramı ilə çıxış edib.
azxeber.com xəbər verir ki, "Yaşat" Fondu, "ASAN radio" və "ASAN könüllülər" tərəfindən təşkil olunan bu xüsusi tədbir Lənkəran şəhərində baş tutub.
Layihənin məqsədi şəhid ailələrinin, xüsusilə də şəhid övladlarının mənəvi dəstək görməsi və onların sevincinə bir anlıq da olsa, sevinc qatmaq olub.
Konsert zamanı Elçin Cəfərov öz repertuarında olan sevilən və duyğusal mahnıları ifa edərək şəhid övladlarına əyləncə dolu axşam yaşadıb.
Konsert boyunca uşaqlar müğənninin çıxışına coşqu ilə qoşulublar.
Bu cür tədbirlərdə hər zaman könüllü olaraq iştirak edən müğənni həm şəhid ailələrinə olan ehtiramını, həm də onların daima yanında olduğunu nümayiş etdirib.
Konsertdə sevilən aktyorlar Elşən Orucov, Ramil Babayev və teleaparıcı İlkin Həsəni də yer alıb.
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qaravəllilər
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Yuxuda sevişmək nəyə yozulur?
Tünd kişmiş cavanlaşdırır
Yuxudan duran kimi bunu edin
Bu yaşda ət yemək ömrü uzadır
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Evdə stress yaradan 5 şey