Eldar Mansurov Levent Yüksellə bir arada - Foto
Xalq artisti Eldar Mansurov tanınmış türkiyəli müğənni Levent Yüksellə bir araya gəlib.
azxeber.com xəbər verir ki, bununla bağlı bəstəkar sosial media hesabında paylaşım edib.
"Türkiyənin məşhur müğənnisi Levent Yüksel 31 il əvvəl "Zalim" mahnısını oxuduqdan sonra, nəhayət ki, bu il onunla görüşdük" deyə, o paylaşımında yazıb.
Qeyd edək ki, Eldar Mansurovun "Bayatılar" mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa edib.
"Bayatılar"ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.
L.Yükselin ifasında və klip şəklində təqdim etdiyi "Zalim" uzun illərdir ki, Türkiyədə ən çox sevilən mahnılar siyahısındadır. "Zalim" adı ilə Türkiyədə məşhurlaşan bu mahnının sözləri Sezen Aksuya məxsusdur.









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib