"Elə birini tapsam, mən də ərə gedərəm" - Kənan MM danışdı
Baku TV-də yayımlanan "Qapqara" verilişinin yeni buraxılışı efirə gedib.
azxeber.com Oxu.az-a istinadən xəbər verir ki, verilişin budəfəki sayının qonağı rejissor, aktyor Kənan Mahmudov olub.
Rejissor özünü dəyişməyə uzun müddət sərf etdiyini söyləyib:
"Mən yalnız özümü dəyişməklə məşğul olmuşam. Bu, uzun müddət alınmayıb. Yaradıcılığımda bəzi şeyləri yanlış etmişəm. Bunun da fərqindəyəm".
Münasibətlərdən danışan aktyor səhvlə xəyanəti eyni tərəziyə qoymağın düzgün olmadığını vurğulayıb:
"Səhv edən insanı bağışlamaq olar. Amma xəyanət belə deyil. Onu qabaqcadan beynində qurursan. "Təsadüfən xəyanət etdim" deyə bir şey yoxdur".
K.Mahmudov qadınların kişilərdən gözləntisinin çox olmasından gileylənib:
"Qadınlar üç kişini bir arada istəyirlər: milyonçu, idmançı olsun, işimə qarışmasın. Eləsini tapsam, mən də ərə gedərəm".









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi