"Əli bütün günü ata deyib çağırır" - Şahinin həyat yoldaşı FƏRYAD ETDİ
Qan xərçəngi xəstəliyindən vəfat edən rejissor Şahin Zəkizadə bu gün dəfn olunacaq.
BiG.AZ xəbər verir ki, rejissorun ailə üzvləri, sənət dostları və yaxınları mərhumu son mənzilə yola salmaq üçün Yeni Yasamaldakı mənzilinə toplaşır.
Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə bildirib ki, sonuncu dəfə onunla danışa bilməyib:
"Canımdan can getdi. Son vaxtlar deyirdi ki, Səbiş, şirin çay ver. O sözü məni çox sevindirirdi. İnanırdım ki, sağalacaq. Şahinin arzuları çox idi. Deyirdi ki, sağalım, oğlum Əli ilə idmana gedəcəyəm. Tapşırırdı ki, uşaqlara qışqırmayım. Mən də sözündən çıxmırdım. Əli bütün günü ata deyib çağırır. Şahin uşaqlarına doymadı. 37 yaşında bizi tərk etdi".
Zəkizadə Maştağada yerləşən "Seyidlər" qəbirstanlığında dəfn olunacaq.
Qeyd edək ki, Şahin Zəkizadə 6 aydır ki, xərçəng xəstəliyi ilə mübarizə aparırdı.
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR