Əli Həsənovun nəvəsi ilə ötüşən "Maqa" ilə bağlı ŞOK XƏBƏR!

Əli Həsənovun nəvəsi ilə ötüşən "Maqa" ilə bağlı ŞOK XƏBƏR!Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsinin törətdiyi avtomobil qəzasından sonra həbs edilən şəxs azadlığa çıxıb.

Qəzadan əvvəl lüks avtomobili ilə "Qaçqınkom"un nəvəsi ilə ötüşən Mirməhəmməd İsmayılov 30 sutkalıq həbs cəzasını başa vurub.
Musavat.com-un əldə etdiyi məlumata görə, qəzadan əvvəl Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin idarə etdiyi "Mercedes-Gelandawagen" markalı avtomobillə Heydər Əliyev porospektində ötüşən "Mazda" markalı 99 FS 777 dövlət nömrə nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov barəsində seçilmiş inzibati həbs müddəti başa çatıb.
Avqsutun 7-də həbs edilən M.İsmayılovun 30 sutkalıq inzibati həbs müddəti sentyabrın 5-də başa çatıb və o, azadlığa buraxılıb.
"Mazda" avtomobilinin sahibi Mirməhəmməd İsmayılov "Maqa" ləqəbi ilə tanınırmış. O, Nəsimi Rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.
Bildirək ki, bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Mercedes-Gelandawagen" markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.
Qəzanı tördən şəxs Əli Həsənovun nəvəsi olub. Qəza zamanı Nail Allahverdiyevin yanında olan sürücüsü Mehdi Əliyev hadisə yerində dünyasını dəyişib.
Hadisə yerində dünyasını dəyişənlərdən biri isə piyada Vaqif Əsədov olmuşdu. O, yol kənarında hərəkət edərkən Nail Allahverdiyevin idarə etdiyi maşının altında qalaraq dünyasının dəyişmişdi.
Yaralanan iki nəfər isə Türkiyə vətəndaşları idi. Ər-arvad olan şəxslər müalicə üçün Türkiyəyə yola salınıb. Onlar Türkiyənin keçmiş prezidenti Abdullah Gülün qohumlarıdır.
Rəsmi məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı sükan arxasında 1994-cü il təvəllüdlü Nail Allahverdiyevin olması təsdiqini tapıb. Daha sonra onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nail Allahverdiyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasına saxlanılır.

Xəbərlər     Baxılıb: 1529   Tarix: 09 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

yaz geyimleri 2026 yay geyimləri 2026 gozel gorunmek agil haqqinda atalar sözləri moda zaur baxşəliyev qısa saç düzümləri kosmetika yuxuda qara ilan gormek prostat dieta azerb clpaq qadinlari rus dilini oyrenek 2ci ders