Əli Mirəliyev xalq artistlərinə səsləndi: "Yekə kişidirlər..."
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Muğam televiziya müsabiqəsində seçimlərə yenidən start verilib.
Müsabiqənin münsiflər heyətinin tərkibinə xalq artisti Canəli Əkbərov qatılmaq istəsə də, digər münsiflər bundan imtina edib. Onlar deyiblər ki, Canəli Əkbərov münsif kimi heyətə qatılarsa, onlar iştirakdan imtina edəcəklər. Bu isə xalq artisti Canəli Əkbərovu özündən çıxarıb və digər xalq artistlərinə qarşı sərt və aşağılayıcı videomüraciət ünvanlayıb. Xalq artistləri arasındakı qalmaqala müğənni Əli Mirəliyev də laqeyd qalmayıb.
Cebhe.info-ya danışan Əli Mirəliyev hər iki tərəfə də səslənib: "Mənim də diqqətimi çəkdi. Ciddi məsələdir. Onlar uşaq deyillər, səhnəyə dünən çıxmayıblar ki, bir- birlərini bu şəkildə aşağılasınlar. Yekə kişidirlər, bu şəkildə mübahisələr onlara yaraşmaz. Hər biri sənətində sözünü demiş insanlardır -Arif Babayev, Mənsum İbrahimov, Ramiz Zöhrabov, Səkinə İsmayılova və Canəli Əkbərov. Əgər Canəli müəllim orda təmsil olunmaq istəyirsə, buna imkan verməlidirlər.
Çünki onun buna haqqı çatır. Haqqı çatmaqla yanaşı sənəti və yaradıcılığı da buna imkan verir. Məsələyə kiminsə tərəfindən baxmaq lazım deyil, obyektiv yanaşsaq görərik ki, onlarıın hər biri bu kürsüyə layiqdir. Xalq artistləridir, bu adı onlara xalq və onun prezidenti verib. Belə cılız məsələlərlə gündəmə gəlmək onlara yaraşmaz".
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
5 ədəd badam yeyib idman et, gör NƏ OLUR
"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız
Kainat gözəli' qayınanası tərəfindən öldürüldü
Hansı faktorlar xərçəng riskini daha çox artırır?
Kəpəyi yox edən təbii üsullar
Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ
Burak Özçivit Daşkənddə səhnəyə çıxacaq - Biletlər tükəndi
Gözlərinizi ovuşdurarkən bir daha düşünün
Çinarədən yeni mahnı - AUDİO