Əli və ayağı qaşınanlar – Qaraciyərini yoxlatsın
Yağlı qaraciyərin simptomları başlanğıc mərhələdə dəri əlamətləri ilə özünü göstərə bilər.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, qeyri -alkoqol mənşəli piylənmədə pasiyentlər ilk başda qaşınmadan şikayətlənir.
Alimlər bildirir ki, adətən qaşınma ayaq, ovuc içi və dabanlarda olur.
Qaraciyər xəstələri gün ərzində qasınma intensivliyinin dəyişdiyini bildirib.
Ən güclü qaşınma gecə, yuxudan öncə və yuxuda olur.
Alimlər bildirir ki, qaraciyər xəstəliyində qaşınmanın səbəbi dəri səthinə keratinosit hüceyrələrinin çıxmasıdır.
Bu xəstələrdə qanda çox miqdarda fosfolipid və piy qalıqları dövr etdiyi üçün güclü qaşınmaq istəyi yaranır.
Bəs bu qaşınma ilə dəri xəstəliyini necə fərqləndirməli?
Qaraciyər xəstəliyində qaşınma zamanı dəridə səpki, zədələnmə olmur. Amma qaşıma zamanı dırnaqlar dərini cızıb infeksiya yarada bilər.
Bu qaşınmanın müalicəsi yoxdurə, əsas səbəb qaraciyərdir. Əgər qarında şişmə, damar ulduzcuqları və dərinin saralması əmələ gələrsə, təcili həkimə getmək lazımdır".
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Vətən haqqında bayatılar
Arzuolunmaz hamiləlik
Qaravəllilər
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Viktor Uillis vəfat etdi
Fahriye yeni mövsümdə ekranlara qayıdır - FOTO
Tanınmış rejissor həbs edildi - 11 milyonluq dələduzluq
Buzlu içkiləri sevənlərə xəbərdarlıq
Həftənin ən populyar 10 türk qadın aktrisasının adı açıqlandı
Günvurma əlamətləri və ilk yardım - Terapevt nə deyir?