Əlibaba Məmmədov: "Bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir"

Əlibaba Məmmədov: "Bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir"Mən xoşbəxt xanəndəyəm. Ona görə xoşbəxt xanəndəyəm ki, mənə həmişə dövlət qayğısı olub, xüsusilə bizim Ulu Öndərimiz mənim bu sənətimə çox yüksək qiymət verib. Bu barədə çox danışa bilərəm. Sizə təşəkkür edirəm, var olun. Mən xoşbəxtəm, özümü xoşbəxt sayıram, 90 il yaşamışam, 70 il xalqımıza fasiləsiz xidmət etmişəm. Bax, bu, mənə bəsdir. Amma bu gün bu ordeni Sizin əlinizdən qəbul etmək mənim üçün böyük şərəfdir".
Open.az xəbər verir ki, bunu Xalq artisti Əlibaba Məmmədov Prezident İlham Əliyev ona "Şərəf" ordenini təqdim edərkən deyib.
"Haqqımda dediyiniz çox sözlərə görə Sizə bir daha ürəkdən təşəkkür edirəm. Çox böyük qiymətdir. İnanın, mən danışan adamam, amma Sizin qarşınızda danışa bilmirəm. Bu gün mənim sənətimin bütün tərəflərindən söz açdınız. Elə danışdınız ki, sanki məni böyük bir musiqiçi təriflədi, var olun. Çox sağ olun ki, bizim xalq musiqimizə, xalqımızın sənətkarlarına belə böyük hörmət edirsiniz. Var olun, var olsun Mehriban xanım. Vallah, Mehriban xanımın bizə gəlməyini mən indi də yuxu kimi bilirəm. Hamı deyir, bu, doğrudan da çox böyük əks-səda doğurub. Hara gedirəmsə, hamı o görüşdən danışır. Allah saxlasın. Mənim arzum budur ki, Allah-Təala Sizi xalqımıza, bizə çox görməsin. Allah Sizi qorusun ki, bizim xalqımız daha xoşbəxt olsun. Ölkəmiz gündən-günə inkişaf edir, gözəlləşir. Vallah, xariqələr yaradırsınız. Mən bakılıyam, Bakıda böyümüşəm, amma bugünkü Bakını tanıya bilmirəm. Vallah, mən qəlbən danışan adamam. Mən heç vaxt nə yalan danışmıram, nə də bir adama pislik etmirəm. Bu, mənim idealımdır. Odur ki, mən bundan böyük hörmət görməmişəm, görə də bilmərəm. Bir daha hər ikinizə "Sağ olun!" deyirəm, Allah Sizi qorusun", - Xalq artisti deyib. /open.az

Şou Biznes     Baxılıb: 1904   Tarix: 13 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

turlar.az

makiyaj instagram sade makiyaj sekilleri sac duzumleri ciyer qovurma dunyanin gozellikleri zire yagi sac ucun xina qoymaq qaydasi kosmetika ariqlamaq babasil faydalı məsləhətlər gozde olar novruz bayramina aid