Əlləri və ayaqları üşüyənlər oxusun
Xüsusən payız və qış aylarında havaların soyuması ilə əl və ayaqlarda üşümə müşahidə olunur. Bu, qan dövranının zəif olması, qan azlığı, qalxanabənzər vəzinin disfunksiyası, sinir sisteminin pozulması, B12 vitaminin çatışmazlığı, siqaret çəkmək, diabet, uzun müddət hərəkətsiz qalmaq kimi bir çox problemdən qaynaqlana bilər.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, əl və ayaqların daim soyuq olmasının qarşısını almaq üçün ilk olaraq bunun hansı səbəbdən qaynaqlandığını müəyyən etmək lazımdır. Məsələn, qan azlığı varsa, bədənin qan və dəmir əskikliyini aradan qaldırmaq üçün qida rasionuna diqqət etmək, maye qəbulunu artırmaq lazımdır.
Üşümə adi səbəblərdən yaranırsa, aşağıdakıları edə bilərsiniz, əks halda həkimə müraciət etməyiniz tövsiyə olunur.
İdman etmək:
Əlləri və ayaqları sağa-sola, dairəvi hərəkətlər etdirərək qan dövranını sürətləndirə bilərsiniz.
Masaj etmək:
Ayaqda dabandan başlayaraq barmaqlara, əllərdə isə ovuca tətbiq olunan masaj üşümənin qarşısını alacaqdır.
Qidalanma:
Qan dövranın sürətləndirən, qan artıran qidalara üstünlük verin. Siqaret və alkoqol kimi ziyanlı içkiləri su və ya çay kimi mayelərlə əvəzləyin. Balıq, nar, çuğundur, kök, balqabaq, ət, portağal, qurudulmuş meyvələr yeməyə üstünlük verin. A, B, C, D, E kimi bir çox vitamin qəbulu da tövsiyə edilir.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi