Əllərin dərisinə qulluq edilməsi Kosmetologiya

Əllərin dərisinə qulluq edilməsi KosmetologiyaÜz dərisinin çatışmazlıqlarını makiyajla, bədən quruluşunun çatışmazlıqlarını düzgün seçilmiş geyimlə gizlətmək olar. Yalnız qulluq olunmayan əlləri heç cür gizlətmək olmaz.

Əllərin dərisində qoruyucu hidrolipid qatı çox azdır, buna görə də onlar daha tez qocalır. Əllərin dərisini soyuqdan, isti su və məişət kimyasının təsirindən qoruyun! Soyuq havada mütləq əlcək geyin. Həmçinin, istənilən ev işlərini görərkən isti su və yuyucu vasitələrdən istifadə edirsinizsə, mütləq rezin əlcək geyinmək lazımdır. Əlcəklər yüksək keyfiyyətli və ölçüsü isə sizə tam şəkildə uyğun olmalıdır.

Əlcəkləri geyməzdən əvvəl əllərinizi yaxşıca yuyun, qurudun və üzərinə talk ("prisıpka") səpin. İşinizi bitirdikdən sonra əlcəklərin içəri və bayır tərəflərini yaxşıca yuyun və qurudun. Əllərinizi ilıq su ilə yuyun, qurudun və onlara qidalandırıcı krem vurun. Əlcəklərdən çox istifadə etmək də olmaz, əllər uzun müddət əlcəkdə qaldıqda onların dərisi korlanır.

Üz dərisinə olduğu kimi, əllərin dərisinə də eyni dərəcədə müntəzəm qulluq etmək - təmizləmək, qidalandırmaq və nəmləndirmək - lazımdır. Əlləri yalnız ilıq suda yumşaq sabunla yumaq lazımdır. Əlləri soyuq və qaynar su ilə yumaq olmaz. Su əllərin dərisini yağsızlaşdırır və qurudur, ona görə də hər dəfə su ilə təmasda olduqdan sonra əlləri yaxşıca qurutmaq lazımdır. Bədən və üz dərisində olduğu kimi, əllərin dərisində də ölmüş hüceyrələr toplanır, ona görə də həftədə bir dəfədən az olmayaraq vanna və ya duş qəbulundan sonra əllərin dərisini skrabla təmizləmək, sonra isə qidalandırıcı krem vurmaq lazımdır.

Əllərin dərisinin qidalandırılması və nəmləndirilməsində xüsusi əl kremlərindən istifadə olunur. Bu kremlərdən hər dəfə əlləri yuduqdan sonra və mütləq gecə yatmamışdan qabaq istifadə etmək lazımdır. Kremi əl dərisinə əlcəyin geyinməsini xatırladan hərəkətlərlə çəkirlər. Əvvəlcə barmaqların ucundan onların əsasına doğru, sonra ovucun başlanğıcından sonuna doğru vurulur. Vaxtaşırı əllərin dərisini vanna və maskalarla "əzizləmək" lazımdır.

Əllər üçün vannalar

- Bərabər miqdarda olmaqla çobanyastığı, dazıotu, adaçayı, kalendula, bağayarpağı otlarını qarışdırın. Bu qarışıqdan 4-5 xörək qaşığı götürüb üzərinə 0,5 litr qaynar su əlavə edin, 10-15 dəqiqə vam odda saxlayın. Əllərinizi ilıq şəkildə olan bu dəmləmənin içərisində 10 dəqiqə saxlayın və bundan dərhal sonra (hələ ki, nəm olan dəriyə) əl üçün yağlı qidalandırıcı krem sürtün.

- 1 xörək qaşığı nişastanın üzərinə ½ litr ilıq su və 1 xörək qaşığı qatıq əlavə edib yaxşıca qarışdırın. Əlləri 10 dəqiqə vannada saxlayın, sonra salfetlə qurudub, su ilə yaxalamadan əllərinizə qidalandırıcı krem çəkin.

- Əllərin həddən artıq tərləməsi zamanı palıd qabığından hazırlanan dəmləmə yaxşı kömək edir. 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su əlavə edib 15 dəqiqə vam odda qaynadırlar, sonra süzürlər. İlıq halda olan dəmləmədə əlləri 10 dəqiqə saxlayır, sonra yaxşıca qurudurlar. Əllərin tərləməsinin qarşısını almaq üçün boymadərən və adaçayı dəmləmələri də məsləhət görülür (hər otdan 1 xörək qaşığı + 1/2 litr qaynar su).

Əllər üçün maskalar

- Əgər əllərin dərisi kobud, quru və çatlamışdırsa, onda yağlı bürünmələr kömək edə bilər. Əlləri ilıq su ilə yuyur, onları qızdırılmış zeytun yağında isladılmış salfetlə bükür və əlcək geyirlər. Əlcəklər pambıq və ya yundan ola bilər (sintetik olmamalıdır). 1 saatdan sonra salfetləri açır, yağın qalıqlarını dəriyə sürtürlər, sonra əlləri yumşaq kağız salfetlə silirlər. Bu proseduradan sonra əlləri yumaq lazım deyil.

- Əllərinizin dərisini yumşaq və elastik etmək istəyirsinizsə, onlara yatmamışdan qabaq 1 yumurta sarısı və 1 xörək qaşığı baldan hazırlanan qarışıq sürtün.

- Orta ölçülü 2 qaynadılmış kartofu əzib qatı horra alınana qədər ilıq südlə qarışdırın. Əllərinizə bitki yağı vurub alınmış pürenin içərisinə salın. 10 dəqiqədən sonra əllərinizi ilıq su ilə yuyun, sonra qidalandırıcı krem vurun.

- Çiy yumurta sarısı, 1 xörək qaşığı çaytikanı yağı, 1 xörək qaşığı bal və 1 limonun şirəsini qarışdırın. Alınmış qarışığı qalın qatla əllərinizə vurun və pambıq parçadan əlcək geyin. 1 saatdan sonra əllərinizi ilıq su ilə yaxalayın və qidalandırıcı krem vurun.

Kosmetik salonlar əllər üçün parafin maskalar, həmçinin əllərin dərisini cavanlaşdırmaq üçün müxtəlif üsullar təklif edir.

XANIM.AZ

Gözəllik və Moda     Baxılıb: 2067   Tarix: 29 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözəllik və moda: Qış mövsümünə uyğun gözəllik məsləhətləri

Qış mövsümü, soyuq hava və quru iqlim şəraiti ilə yanaşı, bədənin və dərinin xüsusi baxıma ehtiyacı olduğu bir dövrdür. Bu mövsümdə qadınlar üçün gözəllik rutinini doğru qurmaq, həm fiziki baxım, həm də sağlamlıq baxımında

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Hər qadının bilməli olduğu 3 saç düzümü

Bəzən yaz havası xoşagəlməz sürprizlər edə bilər, məsələn, qəfil başlayan yağış. Belə havalarda bir çox qadın saçlarının formasını qoruyacaq və dağılmayacaq düzgün saç düzümünün hansılar olduğunu bilmir. Beləliklə, "Instagram"

.

Sizi cavan göstərəcək makiyaj sirləri

Həddindən artıq yorğunluq və keyfiyyətli yuxunun olmaması görünüşünüzə mənfi təsir göstərərək, yaşınıza bir neçə il əlavə edə bilər. Bununla belə, makiyajdan düzgün istifadə üzünüzü əhəmiyyətli dərəcədə cavanlaşdıra bilər

.

Niyə italyan qadınları bu qədər cəlbedicidirlər?

İtalyan qadınlarının gözəlliyinin sirri sehrli vasitələrdə deyil, gündəlik vərdişlərdədir. Düzgün qidalanma, təbii dəriyə qulluq, özünə sevgi və həyatdan zövq almaq qabiliyyəti onlara illərlə qadınlıqlarını qorumağa kömə

.

Duru gözəllikdən ifrat çirkinliyə: norma nədir?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

2025-in yaz aylarında makiyaj trendi

Bahar – dəyişiklik və eksperimentlər vaxtıdır. 2025-ci ilin yazında əsas diqqət minimalizmə yönəlir: sağlam və təravətli dəri görünüşü ön plandadır. Lakin gözlərdə və ya dodaqlarda istifadə olunan parlaq rənglər obrazınız

.

Yaş artdıqca hansı estetik prosedurlar daha uyğundur?

Estetik prosedurlar fərqli yaş qruplarına və dəri ehtiyaclarına görə dəyişiklik göstərir. 20 yaşlarında tətbiq olunan yanaşma ilə 40 və ya 60 yaşdan sonra aparılan müdaxilələr eyni olmamalıdır. Yaş artdıqca dərinin elastikliy

.

Sızanaq ləkələrindən qurtulmaq üçün TƏBİİ ÜSULLAR

Sızanaqdan sonra qalan ləkələr üzdən uzun müddət getmir və kosmetik qüsur yaradır. Bu ləkələrdən qurtulmaq üçün sizə sadə üsulları təqdim edirik: . Xiyar. Xiyar hamar dəriyə sahib olmaq üçün ən rahat vasitələrdən biridir

turlar.az

kosmetika mehsullari donlar 2026 toy gecesi salatların hazırlanması ürək damar və qan sistemi kişi dünyası seks pozalari kosmetika dovsan intim munasibetler dostluq laylalar xanim.az