Əlləriniz tez-tez tərləyirsə... SƏBƏBLƏR
Bu pozulma lokal hiperhidroz (bədənin hər hansı hissəsinin - əllər, ayaqlar - həddindən artıq tərləməsi) adlandırılır.
Bunun 2 əsas səbəbi var:
- belə hiperhidroz hər hansı digər xəstəliyin simptomu kimi meydana çıxır
- irsiyyətlə bağlı olan essensial hiperhidroz. Essensial hiperhidroz xəstəlik sayılmır.
Əllərinizin içi tez-tez tərləyir, nəm olursa, bunun səbəbini araşdırmaq lazımdır.
Saglamolun.az sizə bu səbəbləri təqdim edir:
- hipotoniya (aşağı təzyiq) və ya vegetativ-damar distoniya
- qan dövranının pozulması
- hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə bağlı olan pozulma). Bu zaman əllər tez-tez nəm və isti olur, bədənin hərarəti artır, insan "səbəbsiz olaraq" çəki itirir, əsəbi olur.
- qaraciyər və öd kisəsi xəstəlikləri
- xolesterol mübadiləsinin pozulması
- sinir sisteminin fəaliyyətinin pozulması.
Əgər sizdə bu pozulmalardan heç biri aşkar olunmayıbsa, bu essensial hiperhidrozdur. Bu pozulmanı aradan qaldırmaq üçün xalq təbabəti vasitələrindən (palıd qabığı dəmləməsi, zəy, sirkə və soda ilə əl vannaları və s.) istifadə edə bilərsiniz.
Milli.Az /news.milli.az









Vətən haqqında bayatılar
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Qara zirə (Çörək otunun) faydaları
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi