Elmi araşdırma: Pis yuxu beyni sürətlə qocaldır
Yeni aparılan araşdırmaya görə, yuxu keyfiyyəti aşağı olan insanların beyinləri yaşıdlarına nisbətən daha qocalmış görünür. Gec yatmaq və nizamsız yuxu rejimi, beyin qocalmasını əhəmiyyətli dərəcədə sürətləndirir.
İsveçin məşhur Karolinska İnstitutunun alimləri müəyyən ediblər ki, pis və nizamsız yuxu rejiminə malik insanların beyin yaşı, real yaşlarından daha yüksək görünür.
Araşdırma 40-70 yaş aralığında olan 27 mindən çox britaniyalı üzərində aparılıb. Yuxu problemləri yaşayan insanların beyinlərinin, orta hesabla, 1 il daha yaşlı olduğu müəyyən edilib.
Alimlər iştirakçıların beyinlərini MRI cihazı vasitəsilə görüntüləyib və bu görüntüləri süni intellektlə analiz edərək "beyin yaşı"nı təxmin ediblər.
Normal yuxu rejiminə malik insanlarda beyin yaşı ilə xronoloji yaş arasında ciddi fərq olmayıb.
Pis yuxu profili olan şəxslərdə isə bu fərq təxminən 1 il təşkil edib.
Ən riskli vərdişlər: Gec yatmaq və nizamsız yuxu
Tədqiqat göstərib ki, gec saatlarda yatmaq və az yatmaq, beynin bioloji cəhətdən daha sürətli qocalmasına səbəb olur.
Bundan başqa:
Yuxusuzluq,
Gündüz həddindən artıq yuxululuq,
Xoruldama da beyin sağlamlığına mənfi təsir göstərən əsas amillərdəndir.
Pis yuxu bədəndə iltihabı artırır
Alimlər bildirir ki, keyfiyyətsiz yuxu orqanizmdə iltihab proseslərini artırır və bu da beyinə zərər verir. Nəticədə:
Əqli pozğunluqların,
Demans (ağıl zəifləməsi) xəstəliyinin yaranma riski yüksəlir.
Həll yolu: Düzgün yuxu rejimi qurmaq
Mütəxəssislər beyin sağlamlığını qorumaq üçün aşağıdakıları tövsiyə edir:
Mümkün qədər sabit və müntəzəm yuxu saatları təyin edin.
Axşam saatlarında kofein və ekran istifadəsini məhdudlaşdırın.
Sakit və qaranlıq bir mühitdə yatın.
Lalə Qüdrətova
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
Nuran yeni layihəsini təqdim etdi
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Röyanın adından dələduzluq - FOTO