Elnarə bu dəfə çimərlik geyimlərini tənqid etdi: "Elə bil alt paltarındadır"

Elnarə bu dəfə çimərlik geyimlərini tənqid etdi: "Elə bil alt paltarındadır"Yay mövsümünün gəlişi ilə məşhurlar dəniz və ya hövuz kənarında istirahətə üz tutub. Onlar çimərlik geyimində fotolarını yayıblar.

Bəs görəsən, məşhurlar dəblə ayaqlaşa biliblər?

Modelyer Elnarə Bəkirova bu dəfə şou-əhlinin çimərlik geyimini Axşam.az üçün təhlil edib:

Model Kamilla Babayeva – Gözəl xanımdır, zövqlüdür. Çimərlik geyimi ona yaraşır. Hiss olunur ki, məşhur çimərlik brendlərindən istifadə edib.

Müğənni Sevda Yahyayeva – Burada çimərlik geyimi görünmür, şala, pareoya bürünüb. Sarı ilə mavinin qarışığı yaxşı görünür. İkinci libasda isə qarışıq rəngdən istifadə edib. Ümumilikdə pis görünmür.

"Miss millenium" gözəli Validə Abbasova – 40-dan çox yaşı var. Geyindiyi geyim heç ona uyğun deyil. Bir az örtülü geyinərdi ki, qarın hissəsi bilinməsin. Qarnını geri çəkməklə, arıq görünmək olmaz. Böyük görünür, yanlış seçimdir.

Aktrisa Pərvin Abıyeva – Bədən quruluşu gözəldir. Amma bu nədir geyinib? Elə bil kiminsə paltarını kirayə götürüb. Pareosu, çantası zövqsüzdür. Öz bədən quruluşuna uyğun çimərlik geyimi seçərdi. Bir də uzun və ya lap qısa pareo seçər, eninə çanta götürərdi.

Aparıcı Kamilə Babayeva – Çimərlik geyimində deyil. Elə bil filmə çəkilir. Əynindəki libasda parçanın rəngi yaxşıdır.

Müğənni Dilarə Kazımova – Geyindiyi bu çimərlik geyimi alt paltarına oxşayır, biabırçı görünür. Bu pozanı verməsəydi, daha yaxşı olardı. Bədən quruluşu yaxşıdır, normal geyim seçərdi. Ağ-qara bikini seçib, elə bil əynindəki büstqalter və tumandır.

Müğənni Nura Suri – Bədən quruluş gözəldir. Hiss olunur ki, idmanla məşğul olur. Dəri rəngi də tündləşib, seçdiyi rənglər də yaraşır. Dərisi qaralmış insanlar "fosfor" rənglər seçməlidir.

Müğənni Günay İbrahimli ilə Kamilə Babayevanın geyimi bəzəyir. Özünü çox qapayıb. Bu libas üzərində heç bir müzakirə edə bilmərəm.

Müğənni Rəqsanə İsmayılova - Çimərlik geyimi ona heç yaraşmır. Bədən ölçüləri yaxşıdır. Amma seçimi düzgün deyil.

Maraqlı     Baxılıb: 4168   Tarix: 17 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. xəbər verir ki, bu barədə AMEA-nın saytında bildirilib. Qeyd edilib ki, o, 75 yaşında vəfa

.

Prezident və Birinci xanım Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sabiq dövlət müşaviri Vahid Axundovun vəfatı ilə bağlı nekroloq imzalayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir

.

Günlər 24 yox, 16 saat olub - İDDİA

"Günlər artıq 24 yox, 16 saatdır" fikri elmi baxımdan doğru deyil. Bu iddia dünyada sensasiya doğurub. xarici mətbuata istinadən xəbər verir ki, alimlər Yer kürəsinin fırlanma sürətini uzun illərdir dəqiq şəkild

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

.

Qaravəllilər

Qaravəlli - nağıllar başlarkən söylənilən və nəzm şəklində olan kiçik müqəddimədir. Məsələn:. Hamam, hamam içində,. Xəlbir saman içində. Dəvə dəlləklik eylər. Köhnə hamam içində. Qarışqa şıllaq atdı,. Dəvənin budu batdı

.

Bu institutlar birləşdiriləcək - 2 yeni elmi müəssisə yaradılacaq

Ölkə başçısının "Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" müvafiq sərəncamın

turlar.az

gözəllik məhsulları geyim necə seçməli toy makiyaji sekilleri qonaq otagi dizaynlari soda maskasi nişan və evlilik sinir sistemi kosmetika birlik faydalı məsləhətlər sac modelleri cantalar sağlamlığın sirleri