Əməkdar artist: "Alt paltarımı yuxarı qaldırıram" - VİDEO - FOTO

Əməkdar artist: "Alt paltarımı yuxarı qaldırıram" - VİDEO - FOTO"Yazırlar ki, intim şəkillərim var, vecimə deyil"

"ARB Ulduz"un "Şou-məkan" verilişinin növbəti qonağı əməkdar artist Mehriban Xanlarova olub.

Efirlərdən hər zaman gur avazı gələn, istədiyi sözü tərəzidə çəkmədən birbaşa ünvanladığı adamların üzünə çırpan Mehriban Xanlarova yənə də od püskürüb.

"Bəzən elə olur ki, hansısa bir sözü demək lazımdır. Kimsə deyə bilməyəndə mən deyirəm, bəzi insanların xoşuna gəlmir. Amma sonradan o insanlar fikirləşirlər ki, Mehriban düz deyib. Mən durduğum yerdə dəli deyiləm ki, nəsə deyəm. Deməli, məni qıcıqlandıran bir məqam olur, haqsızlıq olur, ona görə də cavab verirəm".

Addımbaşı özü haqqında çıxan xəbərləri oxuyub, necə deyərlər, cin atına minən aktrisa belə olanda da düz oturub tərs danışanları "ağ yuyub qara sərməyi" də əla bacarır.

"Bildilər-bilmədilər yazırlar. Axırda mən belə bir mesaj göndərdim. Mənsiz heç bir yazı çıxmayacaq. Çıxsa, o insanları məhkəməyə verəcəm. Məndən soruş də. Ən düzünü mən deyərəm. Axı mən heç kəslə kobud danışmamışam".

Ağ vərəqə mürəkkəb dağıdıb korlayan insanlar üçün ləkə salmaq çətin iş deyil. Aktrisanın ünvanına söylənən fikirlərə isə onun hər zaman tutarlı cavabı var.

"Heç kəs ağ vərəq deyil. Axtarsaq, o vərəqdə çox ləkələr taparıq. Mən demirəm, aydan arı, sudan duruyam. Bu gün əgər mən Mehriban Xanlarovayamsa, özüm gəlib Mehriban Xanlarova olmuşam. Xalqın sevgisini qazanmaq asan deyil. Bu gün mən xoşbəxt aktrisalardanam ki, məndə xalqın sevgisi var.

Yazırlar ki, Mehribanın intim şəkilləri var. Görmüsüz? Yoxdur, yalandan bu niyə yazılsın? Əgər varsa, çıxarın ortaya. Bəzi tamaşaçılar altdan nə gəldi yazırlar. Ey yazanlar, sizin yazdıqlarınız mənim vecimə deyil".

Mehriban xanım bir vaxtlar çəkildiyi bədii filmdən, orada canlandırdığı obrazdan, açıq-saçıq səhnələrə necə gəldi münasibət bildirən insanlardan da danışdı.

""Sahilsiz gecə"də mən alt geyimimi yuxarı qaldırıram. O filmdə oynamağıma peşman deyiləm. O vaxt demişdilər ki, guya məni döyüblər, Şahmar Ələkbərovu döyüblər. Heç kim məni döyməyib, heç kim mənə söz deməyib.

Dırnaqarası kişiciklərimiz nə yaxşı oturub Türkiyənin bütün seriallarına baxırlar. Orada açıq səhnələr yoxdur bəyəm? Var. Ancaq bu gün mən bir açıq səhnəyə çəkilsəm, adi bir öpüş səhnəsi olsa, yazılanların beş qat artığını yazarlar".

Bir vaxtlar alovlanan Flora Kərimova və Zeynəb Xanlarova qalmaqalına da münasibət bildirən Mehriban xanım hansı tərəfi üstün tutdu?

"Flora xanıma hörmət bəslədiyim qədər, bəlkə, kimsə hörmət bəsləməzdi. Mən Flora xanımdan bu hərəkəti gözləməzdim. Çaşıb qalmışdım. Həmin dəqiqə cavabını verdim. O demək deyil ki, Zeynəb Xanlarova mənim bibimdir. Zeynəb Xanlarova - dünya şöhrətli Zeynəb Xanlarovadır. Mən ona görə cavab verdim".

Xəbərlər     Baxılıb: 2284   Tarix: 25 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Ürəyi qoruyub, stressi azaldan ÇAY

Yasəmən çayı (jasmine tea) həm xoş ətri, həm də sağlamlıq üçün faydalı xüsusiyyətləri ilə əsrlərdir istifadə olunan təbii içkilərdən biridir. Xüsusilə sakitləşdirici təsiri və antioksidantlarla zəngin olması onu gündəli

.

Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir

Səhərlər kifayət qədər yuxu alınmasına baxmayaraq halsız, ağrılı və yorğun oyanmaq yalnız yuxusuzluqla əlaqəli olmaya bilər. xəbər verir ki, bu hal xüsusilə iltihabi revmatik xəstəliklər başda olmaqla bir sıra ciddi sağlamlı

.

Kəpəyi yox edən təbii üsullar

Saç dibindəki ekzema və kəpək problemi bir çox insan üçün əsl baş ağrısına çevrilib. Bahalı kimyəvi şampunlar bəzən istənilən nəticəni vermir. Lakin ev şəraitində hazırlanan təbii qarışıqlar bir neçə dəqiqəlik masajla b

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

turlar.az

gözəllik məhsulları hamiləlik aksessuarlar seksual qadinlar ilk öpüş portagalin faydasi qas duzeltme kosmetika masturbasiya qz eviyçun hakışta insan novruza aid novruz bayramına aid hakışda