Əməliyyat olunan Gülbahar Şükürlüdən xəbər var

Əməliyyat olunan Gülbahar Şükürlüdən xəbər varMüğənni Nadir Qafarzadə qarmon ifaçısı Gülbahar Şükürlünün son vəziyyətindən danışıb.
Sənətçi ölkə.az-ın əməkdaşı ilə söhbətində G.Şükürlünün vəziyyətinin qənaətbəxş olduğunu deyib.
"Bildiyiniz kimi, Gülbahar xanım Milli Onkologiya Mərkəzində əməliyyat olunub. Əməliyyat çox uğurlu oldu, hazırda vəziyyəti normaldır. Dünən danışdım onunla, övladlarından başqa, sənət dünyasından ancaq mənimlə danışır. Biz hər zaman bir-birimizə dəstək oluruq. Həkimlər ona telefon işlətməyə icazə vermirlər, bütün sosial şəbəkələrdən uzaqdır, çünki Gülbahar xanıma əsəbləşmək, narahatlıq keçirmək olmaz".
Daha sonra N. Qafarzadə xanım sənətçini qınayanlardan da söhbət açıb. O bildirib ki, kimliyindən asılı olmayaraq, darda olan hər kəsə kömək etmək, hər bir insanın vicdan borcudur.
"Biz çətin zamanlarda bir-birimizə dəstəyimizi əsirgəməməliyik. Buna görə mən Gülbahar xanıma dəstək üçün "İnstagram" hesabımdan video paylaşdım. Çoxu buna görə məni qınadı. Bəziləri isə mənə "Onun imkanı var, niyə onun üçün dəstək istəyirsən?" dedi. Yəni bizə xarici düşmənlər lazım deyil, daxilimizdə olan bu insanlar kifayətdir. Bilirsiniz, bu, bir sınaqdır, heç kim bilmir sabah başına nə iş gələcək. Əgər bu insan vaxtında qazanıbsa, sonradan xərcləyibsə, biz buna görə onu qınaya bilmərik. Heç kəs istəməz ki, imkanı ola-ola kimdənsə kömək istəsin. Belə hadisələri görəndə pis oluram. Mənə deyirlər Gülbahar sənin nəyindir ki, belə "əl-ayağa" düşmüsən. Gülbahar ilk əvvəl qadındır, xanımdır, anadır ən əsası mənim ölkəmin vətəndaşıdır. Əgər bir vətəndaşımızın köməyə ehtiyacı varsa, kimliyindən asılı olmayaraq mən hər zaman onun yanındayam. Biz hər birimiz belə olmalıyıq".
Sonda sənətçi G. Şükürlünün əməliyyatında köməklik göstərən həkimlərə də təşəkkürünü bildirib.
"Mən buradan təmannasız Gülbahar xanımın əməliyyatını öz üzərlərinə götürdükləri üçün Milli Onkologiya Mərkəzinin bütün həkimlərinə, başda Cəmil Əliyev olmaqla hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, bir müddət əvvəl G.Şükürlünün başında onkoloji şiş aşkarlanmışdı. Maddi durumu yaxşı olmayan sənətçi bir xəstəxanaya getməkdən və əməliyyat olunmaqdan imtina etmişdi.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1477   Tarix: 21 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

turlar.az

yay kolleksiyasi gözəllik məhsulları hamilelikde qidalanma balqabaq tumu xiyar tursusunun hazirlanmasi qaydasi uz derisine qulluq maskalari küftələr kosmetika sağlıq badambura masqalar efsane vətənə aid atalar sözləri