Əməliyyat zamanı ölən xəstənin ödədiyi pul niyə geri qaytarılmır? - AÇIQLAMA - FOTO
Ağır xəstəlik keçirən xəstələrin müalicəsi üçün çox zaman cərrahi əməliyyat tələb olunur. Cərrahi əməliyyatlarınsa qiyməti kifayət qədər bahadır. Bahalıq məsələnin bir tərəfidir. Məsələnin əsas narahatlıq doğuran tərəfi odur ki, bir çox hallarda xəstə əməliyyatdan sağ çıxmır. Bu zamansa nəticədən narazı qalan xəstə yaxınları ödənilən vəsaiti geri tələb edir. Xəstəxana isə ödənişi geri ödəməkdən imtina edir.
Bəs, bu problemin yaşanmaması üçün xəstə yaxınları nə etməlidir?
Milli.Az-ın məlumatına görə, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşviq Məmmədli Bizim.Media-ya bildirib ki, xəstə və onun yaxınları bir məsələdə çox diqqətli olmalıdır:
"Xəstə ağır cərrahi əməliyyata girərkən onun yaxınları ilə tibb müəssisəsi arasında müqavilə bağlanır. Bu normal prosedurdur. Amma cərrahi əməliyyat uğursuz keçəndən sonra xəstə ilə tibb müəssisəsi arasında ciddi problemlər yaranır.
Bu əsasən xəstə yaxınlarının ödədiyi pulun geri qaytarılması tələbi ilə bağlı olur. Ona görə də xəstə yaxınları imzaladıqları müqaviləni diqqətlə oxumalı və hansı məsuliyyətin altına girdiklərini bilməlidirlər. Tez-tələsik müqaviləyə qol çəkən xəstə yaxınının sonradan hansısa məsələ baradə narazılıq etməsi hüquqi baxımdan doğru deyil".
Milli.Az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi