Emin Ağalarovdan möhtəşəm konsert
İfaçı-bəstəkar Emin Ağalarovun "Buta Palace"da gözlənilən konserti baş tutub.
Gecədə repertuarında yer alan rus mahnıları ilə yanaşı, digər xarici musiqilərə də yer verib.
E.Ağalarov kumiri hesab etdiyi Müslüm Maqomayevlə duet şəklində hazırladığı mahnını səsləndirərkən gurultulu alqışlarla qarşılanıb. Tamaşaçıları ilə səmimi ünsiyyət quran ifaçı sevənlərinə böyük zövq yaşadıb.
Gecədə Arzu Əliyevanın həyat yoldaşı Səməd Qurbanov və aktyor Cabir İmanov da iştirak edib.
E.Ağalarov həmçinin İnstaqram sosial şəbəkəsində elan etdiyi müsabiqənin qalibini də açıqlayıb. Videoların hər birini izlədiyini deyən ifaçı ən gülməli iştirakçını birinci edib. Emin həmin şəxsi səhnəyə çağıraraq onunla birgə duet oxumağını istəsə də, qalibin konsertə gəlmədiyi məlum olub. İfaçı həmin iştirakçının hədiyyəsini ondan ala biləcəyini deyib. Bir-birinin ardınca ən sevilən hitlərini səsləndirən E.Ağalarov xüsusilə tamaşaçılarla yaxın olmağa çalışıb. Sadəlik nümayiş etdirən ulduz sevənlərinə həyəcanlı anlar yaşadıb. O, səhnəyə motosikletlə çıxaraq əsl şou göstərib.



























































Epşteyn haqda sənədli film çəkənlər qaçırıldı
Limonlu çay içənlərin DİQQƏTİNƏ
Doğuş həyatından film çəkəcək
100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan
Xalq artistinin oğlu evlənir
Röya ilə Əkbərin dueti əsassız şikayətlə silinib
Bu içkilər infarkt riskini artıra bilər
Xərçəngin müalicəsində süni intellekt: Fotonuza baxıb
İdman zalında edilən bu səhvlər sizə baha başa gələ BİLƏR
Bu əlamətlər sizdə varsa, yaz allergiyası ola bilər - Görün nələrdən YAYILIR
Bəy və gəlinin qanı təmizdirsə, onlar "Vağzalı"dan imtina etməzlər" - Əməkdar artist
Günlər 24 yox, 16 saat olub - İDDİA
Məni sağlığımda sevin, dəyər verin' - Nadir kövrəldi
Xatirələrimi orada buraxaraq çıxdım' - Zümrüd