Eminin lüks malikanəsinin görüntüləri – FOTOLAR
Hovuz, spa, hamam, bilyard otağı və lifti olan malikanə... Bütün bunlar "Star Hit"in Azərbaycan Respublikasının Xalq artisti Emin Ağalarovun dəbdəbəli malikanəsindən hazırladığı reportajda əks olunub.
Malikanə artistin özünə məxsus olan elit "Agalarov Estate" qəsəbəsində yerləşir.
42 yaşlı musiqiçinin hamının həsəd aparacağı şəkildə inşa olunan villasının birinci mərtəbəsindən növbəti mərtəbəyə aparan iki pilləkən var.
Divarlar, döşəmələr, tavanlar, qapılar - hamısı ağ rəngdədir. Demək olar ki, hər küncdə yastıqlı divanlar və mini masalar var. Güldanlar və pərdələr də açıq çalarlardır.
Nəhəng qonaq otağı, şüşə stollu mətbəx, idman zalı, hovuz, spa... - Eminin malikanəsi sanki bahalı beşulduzlu hoteldir.
Ağalarovun villasında həmçinin lift, bilyard otağı və sauna da var.
"Mən hər zaman çoxlu uşağımın olacağını planlaşdırmışam və planlaşdırıram. Onları isə harasa yerləşdirmək lazımdır. Bütün uşaqların dayələri, evdə işləyən işçiləri var", - deyə müğənni izah edib.
Qeyd edək ki, məşhur ifaçının dörd övladı var.
Oxu.az













Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?