Emma Ələkbərzadənin "zəhərlənməsi" xəbərinə "Riviera"dan cavab

Emma Ələkbərzadənin "zəhərlənməsi" xəbərinə "Riviera"dan cavab Emma Ələkbərzadənin "zəhərlənməsi" xəbərinə "Riviera"dan cavab
Xəbər verdiyimiz kimi, əməkdar artist Emma Ələkbərzadə iki gün öncə "Riviera" restoranında qızardılmış salmon balığından hazırlanmış salatdan zəhərlənib.
O, Oxu.Az-a vəziyyətinin heç də ürəkaçan olmadığını bildirib.
Məsələ ilə bağlı "Riviera" restoranından cavab geçikməyib. Restoranın rəhbərliyi yaşananlara Oxu.Az vasitəsi ilə belə aydınlıq gətirib.
Emma Ələkbərzadənin "zəhərlənməsi" xəbərinə "Riviera"dan cavab "Bizim təəssüflənməyimiz E.Ələkbərzadənin guya zəhərlənməsi ilə bağlı deyil. Çünki zəhərlənmə hadisəsinin olmadığına əminik. Ona görə təəssüf edirik ki, tanınmış, bizim də hörmət etdiyimiz müğənni xanım olmayan hadisəni xəbərə çevirməklə, restoranın imicinə kölgə salmağa cəhd edib. Əminliklə deyirik ki, Elmira xanımın "Riviera" restoranında yediyi qidadan zəhərlənməsi ilə bağlı yaydığı məlumat həqiqəti əks etdirmir.
Əslində Elmira xanımı qıcıqlandıran səbəb onun restoranda olarkən əməkdaşlarımızdan restoran xidmətindən kənar xidmət tələb etməsi ilə bağlıdır. Belə ki, martın 19-da saat 16.30 radələrində restorana gələn Elmira xanım balıqdan hazırlanmış salat sifariş edib. Restoranda olarkən ofisianta oğlunun internet limitinin bitdiyini, təcili olaraq ona internet paketi yükləməyə kömək etməsini xahiş edib. Restoranda internet limiti yüklənməsi üçün müvafiq cihaz olmadığı ona bildirilib".
Bildirilir ki, Elmira xanım 20 manat nağd pul təklif edərək ofisiantdan öz maaş kartından oğlu üçün internet yükləməsini xahiş edib: 
"Ofisiant maaş kartında pul olmadığını bildirdikdə, Elmira xanım post-terminal vasitəsilə internet yüklənməsini istəyib. Post-terminalın yalnız nağdsız ödəniş almaq funksiyasının olduğunu, internet yüklənməsinin mümkün olmadığı ona izah edildikdə, ofisiantdan tələb edib ki, yaxınlıqda ödəmə mərkəzindən onun oğlu üçün internet paketi yükləsin. Lakin ona xidmət edən ofisiant bunu edə bilməyəcəyini Elmira xanıma bildirərək, digər müştərilərə də restoran daxilində xidmət göstərməli olduğunu izah edib. Həmçinin, ofisiantın xahişi ilə administrator da Elmira xanıma yaxınlaşaraq ofisiantın restorandan kənar xidmətə göndərilməsinin mümkün olmadığını Elmira xanıma nəzakətlə izah edib.
Elmira xanım orada olmayan oğlunun istəyini yerinə yetirə bilmədiyindən pərişan olduğunu anlayışla qarşılayırıq. Bir ana kimi narahat olduğunu, restoranımızın əməkdaşlarının onun tələbini icra etmədiyindən, guya, zəhərlənməsinə dair sosial şəbəkədə məlumat yaymasını qadın emosionallığı kimi qəbul edirik. Zəhərlənmənin təsdiqi üçün ən azı müvafiq həkim rəyi olmalıdır ki, belə bir rəyin olmadığı da mübahisəsizdir".
Restoran rəhbərliyi bu məlumatın xəbərə çevrilməsini nəzərə alaraq, oxuculara üz tutaraq, Bakının brend restoranlarından olan "Riviera" barədə yayılan bu məlumatın yanlış olduğunu bir daha bəyan edib:
"Həmin gün "Riviera"da Elmira xanımın yediyi salatdan digər masalarda olan onlarla müştəri də yeyib və heç kəsdən irad, narazılıq, şikayət daxil olmayıb. "Riviera" milli yeməkləri və digər xalqların mətbəxi ilə paytaxtımızın sakinlərinə və qonaqlara yüksək keyfiyyətli xidmət göstərən, uzun illər xidmət tarixçəsi olan restoran kimi hər zaman müştəri məmnunluğuna önəm verir. "Riviera"nın yerli və əcnəbi qonaqlardan ibarət olan daimi müştəriləri hər zaman xidmətimizdən razı qalıblar. Yanlış məlumatı xanım müğənninin duyğusallığı kimi dəyərləndirərək, ondan hər hansı tələbimiz yoxdur. Lakin Elmira xanımın yanlış məlumatı "Riviera"nın çoxsaylı personalı ilə yanaşı, yüzlərlə daimi müştərilərinin də narahatlığına səbəb ola bilər".
Rəşad Əliyev 

Şou Biznes     Baxılıb: 1617   Tarix: 26 mart 2019
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

.

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

.

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

"Qızım babası kimi siyasətçi olacaq

Mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə sosial şəbəkədə arxiv görüntüsünü paylaşıb. xəbər verir ki, Aliyə atası Fərhad Əliyev, babası, nənəsi və anası Sara ilə birlikdə yer aldığı görüntünü izləyiciləri ilə bölüşərə

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

turlar.az

qadın geyimi aksessuarlar toy gecesi sizanaqlara qarsi maska morugun faydalari arıqlama pəhriz faydalı qidalar kosmetika nağıllar novruza aid hakista kökəlmək üçün eqreb veten haqqinda atalar sozu