Ən ağır xəstələri su və duz ilə müalicə edən - İranlı həkimdən reseptlər

Ən ağır xəstələri su və duz ilə müalicə edən - İranlı həkimdən reseptlərFereydun Batmanhelic İranda yaşayı, hələ gənc yaşlarında İran inqilabı baş verən 1979-cü ildə həbsə düşən həkim onunla bir yerdə qalan gənc oğlanın mədə ağrılarından qıvrıldığını görüb. Həbsxanada verilən dərmanlar zəif olduğundan gənc oğlanın halı getdikcə pisləşib.
Fereydun həbsxanadan gəncin meyitinin çıxacağını anlayıb hərəkətə keçir. Xəstəyə hər gün təmiz su və duz verməyə başlayır. Suyun miqdarını günbəgün artırıb. 3 gün ərzində həbsxanadakıların gözü qarşısında oğlan özünə gəlib, sağalmağa başlayıb.
Bu metodla o, oradakı astma, vərəm, bronxit və digər xəstəlikləri olan məhkumları da sağaltmağa başlayıb. Həqiqətən də bu, işə yarayıb.
Həbsdən çıxdıqdan sonra bütün ömrünü, fəaliyyətini suyun müalicəvi təsirinə, xəstəliklərdə tətbiqinə, ağır xəstələrdə dərman əvəzi bu metoda keçdikdən sonra baş verən dəyişikliklərin öyrənilməsinə həsr edib.
Milli.Az xəbər verir ki, Doktor Batmanheli bu metodun daha çox insana tətbiq edilməsi və tibbə daxil edilməsini arzulayırdı.
O, insanların hər gün 5-7 adda dərman atmasının qarşısını almaq istəyirdi. Lakin onun arzusu öz ölkəsində və kənarda nə dövlət, nə məmurlar, nə də farmakoloji şirkətlər, iri təcrübə laboratoriyaları tərəfindən dəstəkləndi. Çünki bu işdə milyonlarla gəlir yox idi, satmağa bir şey yox idi. Ona görə Fereydun çarəni kitab yazıb, daha çox insana çatmasında görür.
Fereydun xəstələrə deyərdi: "Sənin orqanizmin su istəyir. Görmürsənmi, o, su istəyir, su dilənir".
Müasir insan susuzluqdan xəstələnir
XXI əsrdən başlayaraq insanların həyatından təmiz, adi su sıxışdırılıb çıxarılıb. İndi uşaqdan böyüyə hamı çay, qəhvə, qazlı su, şirin su, şirə içir və bunlara pul da xərcləyir. Onlar inanır ki, elə bu içkilər maye olaraq orqanizmin su tələbatını ödəyir. Bəzən həkimlər də maye adı altında şorba, çay və şirələri birləşdirir. Bu, çox səhv fikirdir. İnsanın bütün orqanlarının, hüceyrələrinin su tələbatını, ehtiyatını yalnız H2O, təmiz su hüceyrələri ödəyə bilər. Bu da günə 2 litr su içməklə ödənir. Elə insan var çəkisinə görə daha artıq su içməlidir.
Həkim bildirir ki, allergiya, astma, bronxit, miqren, hipertoniya, artrit, mədə, bağırsaq xəstəlikləri, pis qan, xolesterin, şəkərli diabet, hətta onlarla onkoloji xəstəlik, xroniki yorğunluq, əsəb, nevroz məhz kəskin susuzlaşmanın son nəticəsidir. Su çatışmayanda hemoqlobin kəskin yüksəlir, qan qatılaşır, damarlar tutulur, tromb yaranır.
Su necə ki, paltaryuyan maşın üçün vacibdir, insan üçün də eyni rolu daşıyır. Təsəvvür edin, susuz maşın işləyərmi? Amma insan özünü susuz işlədir, yaşadır. Yaşayır, amma xəstə.
Su ilə yanaşı duz da lazımdır
Orqanizmin yüz kilometrlərlə olan qan sistemi, damarları, on metrlərlə olan bağırsaqları su ilə işləyir. Suyu qəbul etdiz, amma o təmizləyici rolunu yerinə yetirmək üçün orqanizmdə qalmalıdır. Daha burdan içən kimi, ordan böyrəklərlə süzülüb atılmamalıdır. Bunun üçün də adi duz lazımdır.
Xörək duzu yox,daş duz və ya iri dəniz duzu.
Dəniz duzu ( yəni satışda olan dəniz duzu) və daş duz ( dədə-baba duzu) mineral maddələrlə zəngindir, Mendeleyev cədvəlinin 90% elementlərini özündə birləşdirir.
Həkim Batmanhelic duz və suyu belə tətbiq edirdi:
1 stəkan təmiz su içdikdən sonra, bir-iki kristal duzu dilin altına qoyub əritmək.
Bəs duz ağ ölümdür deyirlər? Bu barədə fikirlər təzadlıdır. Doktor Fereydun belə hesab etmirdi. Bəli duzlu şoraba, satışda olan xörək duzu, duzlu yeməklər ziyanlıdır. Əslində duz insan üçün çox həyati vacibdir, sutkada bir çay qaşığının yarısı qədər qəbul oluna bilər.
Təbiətdə belə bir fakt var ki, dağ maralları 2-3 gün yol gedir ki, duzlaqlarda daş duzu yalayaraq, orqanizmi qışa hazırlasınlar.
Həkim Fereydunun kitabında qeyd olunan bu metodu günü sabahdan sınamağa başlayın:
1.Hər gün bədən çəkinizə uyğun miqdarda su qəbul edin. Hər 1 kq çəkiyə 30 ml su lazımdır. Yəni 70 kq çəkisi olan normal insan 2100 ml su tükətməlidir.
2. Səhər 1 stəkan su içdikdən sonra dilinizin altına bir iki duz kristalı ( daş duz) qoyun.
İnsan hüceyrələri arasındakı su tərkibinə görə dəniz suyu kimidir, yəni duzludur.
Duzu suda həll edib içməyin. Bu məhlul bağırsaqlarda sovrulmur.
3.Əgər siz xəstəsinizsə, bu metodu etdiyiniz ərəfədə kofein tərkibli içkilər, alkoqol, qara çay, qazlı içki, şirin içkiləri qəbul etməyin.
100 ml çay 130 ml sidik ifrazına səbəb olur. Bu isə orqanizmin susuzlaşması deməkdir. İnsanın bütün ömrü qurumaqla keçir. Hüceyrələr susuzluqdan gəbərir, siqnal verir. Gah öskürürük, gah qaşınırıq, gah baş ağrıyır, gah şəkər qalxır. Bunlar hamısı su çatışmamasındandır.
Su yeməkdən 1 saat əvvəl və 2 saat sonra vaxtlarda içilməlidir. Sonuncu stəkan yuxudan əvvəl qəbul olunmalıdır.
Həkim Fereydun yazır: Mən ideal sxemi tapmışam. Sutkada 10 stəkan suya yarım çay qaşığı duz bəs edir. Yəni 3 qram. Bu 3 qramı bölüb gün boyu hər su içəndə qəbul edə bilərsiz.
İnsan yatanda orqanizm daha çox su sərf edir. Ona görə yuxudan oyanan kimi 1 stəkan su içilməlidir.
Astma xəstələri üçün özəl:
Hər dəfə astma xəstələrində quru öskürəklə tutmanın siqnalı gəldikdə, dərhal 2 stəkan su içib, sonra dil altına duz qoymalıdırlar. Duz təbii antihistamindir, ağız suyu və limfa ilə sinir uclarına təsir edib, onları qıcıqlandırmaqdan qoruyur.
Astma xəstələri ömür boyu bu metodu tətbiq etməli, hər 10 stəkana yarım çay qaşığı olmaqda duz qəbul etməlidirlər. Astmatiklərin menyusunda duz bir qədər bol olmalıdır. Duzsuzluq, az duzlu qidalar onların tutmalarını daha da artırır. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 2220   Tarix: 04 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

donlar 2026 qis geyimləri 2026 kosmetik vasiteler genc aile dondurma kesmikli koke qadın sonsuzluğu kosmetika faydalı maskalar seksi toy gecesi vətən həsrətinə aid bayatılar vetene aid bayati