Qan analizi ilə 50-dən çox xərçəng növü müəyyən edilə bilər - YENİ TƏDQİQAT

Qan analizi ilə 50-dən çox xərçəng növü müəyyən edilə bilər - YENİ TƏDQİQATYeni aparılan tədqiqatın nəticələri göstərir ki, 50-dən artıq xərçəng növünü müəyyən edə bilən qan analizi diaqnostika prosesini sürətləndirə və erkən müalicə imkanlarını artıra bilər.
Milli.Az xəbər verir ki, BBC-nin yaydığı məlumata əsasən, Şimali Amerikada aparılan klinik sınaqlar bu testin xərçəngin geniş spektrini aşkarlamaq imkanına malik olduğunu təsdiqləyib. Qeyd olunur ki, aşkarlanmış xərçəng hallarının təxminən 75 faizi üçün hal-hazırda heç bir erkən diaqnostika proqramı mövcud deyil.
Testin ən önəmli nəticələrindən biri də odur ki, aşkar edilən xərçəng hallarının yarıdan çoxu xəstəliyin erkən mərhələsində müəyyən olunub. Bu isə müalicənin daha effektiv keçməsi və tam sağalma ehtimalının yüksəlməsi baxımından böyük əhəmiyyət daşıyır.
Qan analizi ABŞ-ın "Grail" adlı əczaçılıq şirkəti tərəfindən hazırlanıb və "Galleri" adlanır. Test, şişdən ayrılaraq qan dövranına daxil olan və xərçəngə xas olan DNT fraqmentlərini aşkarlayır. Hal-hazırda test Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən də sınaqdan keçirilir.
Tədqiqat çərçivəsində ABŞ və Kanadada 25 min yetkin iştirakçı bir il ərzində izlənilib. Onlardan təxminən 1 faizində test müsbət nəticə göstərib və bu halların 62 faizində daha sonra xərçəng təsdiqlənib.
Layihənin rəhbəri, Oreqon Səhiyyə və Elmlər Universitetinin radiasiya tibb üzrə dosenti Dr. Nima Nabavizadeh bildirib ki, əldə edilən nəticələr xərçəngin diaqnostikasına yanaşmada inqilabi dəyişikliklərə səbəb ola bilər. Onun sözlərinə görə, bu test müxtəlif növ xərçəngləri daha erkən mərhələdə aşkarlayaraq müalicə uğurlarını əhəmiyyətli dərəcədə artırır.
Bundan əlavə, tədqiqat göstərib ki, test mənfi nəticə verdiyi halların 99 faizindən çoxunda xərçəngin olmaması dəqiq şəkildə müəyyən edilib.
Kənan
Milli.Az

Xəbərlər     Baxılıb: 1223   Tarix: 19 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

geyim seçimi gelinlikler makiyaj instagram əllərin tərləməsi veten haqda atalar sözləri tük çıxartma tük tökən kosmetika bahar dovsan oğlan evine aid hakisda novruz bayramina aid hakistalar dieta