Ən çox verilən sual: "Cinsi əlaqədən sona məndən niyə iy gəlir?" - Səbəbləri və müalicəsi

Ən çox verilən sual: "Cinsi əlaqədən sona məndən niyə iy gəlir?" - Səbəbləri və müalicəsiGənc qadınların əksəriyyəti cinsi əlaqədən sonra vaginadan gələn pis qoxudan, ümumilikdə isə iyli axıntıdan şikayətlənirlər.

Xanim.az Medicina.az-a istinadən bu məsələ ilə bağlı mütəxəssis fikrini təqdim edir.

Qadınlarda yaşanan pis qoxulu axıntıların səbəbləri nələrdir?

Ginekoloq Amina Allahverdiyeva saytımıza açıqlamasında bildirib ki, bu problem qadınlarda yaranan anaerob infeksiyasının göstəricisidir: "Ən çox balıq qoxusu ilə müşayiət olunur. Şərti patogen mikroorqanizm olduğuna görə orqanzimin immun faktorları aşağı düşdükdə müşahidə olunur. Qrip, soyuqdəymə və ya sistit ilə yanaşı gedir. Pis iyli axıntı olduqda yaxma müayinəsi təyin edilir. Yaxmanın nəticələrində anaerob infeksiyalarla yanaşı, çox zaman leykosit, kokolu flora, qardanella, neyseriya, trizomonada və candella da çıxa bilər. Müalicəsi düzgün aparıldıqda bu problemdən birdəfəlik yaxa qurtarmaq mümkündür. Bu infeksiyalar uşaqlarda da ola bilir. Bəzi hallarda 6-7 yaşlı qız uşaqlarında da pis iyli axıntının olduğunu müşahidə etmək olar. Əsasən gigyenik normalara əməl olunmadıqda, şəkərli diabet xəstələrində və ya immunitetin azalması ilə üzə çıxa bilər".
Müalicəsi necə aparılır?

"Aradan qaldırmaq üçün metrindozol qrup preparatlarından istifadə olunur. Bu zaman dərmanların düzgün sxemini vermək lazımdır. Həmçinin tərkibində metrindozol və klintametsin maddələri olan vaginal şamlardan da istifadə olunmalıdır. Bu dərman vasitələri ilə çox gözəl effekt əldə etmək mümkündür", - deyə ginekoloq əlavə edib.

Həyat yoldaşından yoluxma halı mümkündürmü?

A.Allahverdiyevin sözlərinə görə, qadına həyat yoldaşından anaerob mikroblar keçə bilməz: "Bu mikrobların kimdən kimə keçdiyi konkret olaraq bəlli olmur. Çünki bu mikroblar hər iki cinsin nümayəndələrində aşkarlana bilər. Həyat yoldaşından bir sıra mikroblar – süzənək, qonoreya, ureoplazma, xlamida və s. infeksiyalar ola bilər".

Müalicə olumadıqda fəsadları nə olur?

Ginekoloq deyir ki, müalicə olunmadıqda hər hansı bir fəsaı olmur: "Yalnız pis iyli axıntı, qaşınma, vaginal narahatlıq yarada bilər ki, müalicə olunduqda aradan qaldırmaq mümkündür. Daxili orqanlara, yəni yumurtalıq və uşaqlıq borularında heç bir problem yaratmır. Sadəcə olaraq pis iyli axıntı, qaşınma narahatlıq verə bilər".
Ən çox verilən sual: "Cinsi əlaqədən sona məndən niyə iy gəlir?" - Səbəbləri və müalicəsiEv şəraitində nələrə diqqət etmək lazımdır?

"Yaxşı olardı ki, dəman və şam müalicəsi ilə yanaşı ev şəraitində bir sıra bitki dəmləmələrindən vannalar etsinlər. Bu bitkilərə lavanda, çobanyastığını misal göstərmək olar. Bundan əlavə, 1 litr suya 1 ç/q soda və bir damcı yod əlavə edərək, alınan məhlulla da yuyunmaq yaxşı nəticə verir".

Ailə və Uşaq     Baxılıb: 15334   Tarix: 11 dekabr 2018
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

5 aylıq körpənin inkişafı

Körpənin həyatının beşinci ayı, üçüncü və dördüncü ayında mənimsənilən bacarıqları, təkmilləşdirməklə davam edir. bildirir ki, bu dövrdə uşaqların əksəriyyətinin inkişafında hansısa diqqətçəkən, yeni irəliləyiş müşahidə olunmur

.

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. bildirir ki, körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrəni

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

Bu problem hamilə qalmağa mane olur

Hamilə qalaraq dünyaya övlad gətirmək hər bir qadının arzusudur. Ancaq bu bəzilərində elə də asan həyata keçmir. Bəzi qadınlar uzunmüddət hamilə qala bilmir və ya  düşüklə nəticələnir. Yaranan vəziyyətin səbəblərindən bir

turlar.az

qadın geyimi qadin dunyasi gelinlikler elm haqqinda atalar sozu hakışta xınayaxdı sözləri hind paltarlari sifahi xalq edebiyyati kosmetika hakıştalar nizami gəncəvi efsaneler seksler laylalar