Ən ziyanlı qıdaların siyahısı

Ən ziyanlı qıdaların siyahısı1 yer. Çipslər və limonad
Biz tez-tez eşidirik ki, çipslər çox ziyanlı məhsuldur. Bəs onların ziyanı nədədir?
Çipslər yüksək dozalarda rəng və dadvericilər əlavə olunmuş ucuz yağlar və karbotidratların qarışığıdır. Çipslərdə külli miqdarda kanseroqen (xərçəng əmələ gətirən) maddələr var. Çipslərin tərkibində olan yağlar qanda xolesterinin səviyyəsini artırır ki, bunun nəticəsində insult və infarktın riski artır. Hamı bilir ki, çipslərin qəbulu piylənməyə səbəb olur. 200 qr çipslərin energetik dəyəri 1100 kkal təşkil edir ki, bu böyüklərin gündəlik normasının yarısını təşkil edir.
Limonadlar da çipslərlə eyni pillədə yerləşir. Limonad şəkər, qazlar və kimyəvi maddələrin qarışığıdır. Adətən limonadların tərkibinə sintetik şəkər əvəzedicisi "aspartam" daxildir. Belə hesab olunur ki, aspartam insanlarda depressiyanın, panikanın inkişafına səbəb olur.
Bundan əlavə aspartam susuzluğu azaltmır. Limonadların qəbulundan sonra ağızda şirin dad qalır ki, insan bu dadı aparmaq üçün limonadın növbəti porsiyasını qəbul etməli olur. Nəticədə limonadlar susuzluğu azaltmır, əksinə artırırlar.
Limonadların tərkibinə çoxlu miqdarda şəkər daxildir (0,33 ml-lik bankada 6-7 çay qaşığı şəkər var). Daim belə yüksək miqdarlarda qəbul olunan şəkər orqanizmdə müxtəlif pozulmalara yol açır.
Limonadın tərkibində olan konservantlar, rəngvericilər və s. ziyanlı maddələr orqanizmdə yığılır və müxtəlif pozulmalara (qəbizlik, dəri xəstəlikləri, mədə xəstəliklıri və s.) səbəb olur.
2 yer. Fast fud
Bütün tez hazırlanan qidalar (qamburger, dönər, kartof-fri, və s.), yarımfabrikatlar (dükanlarda satılan hazır suplar, vermişel, püre və s.), müxtəlif suxarı çox ziyanlıdır.
Tez-tez qəbul olunduqda belə qidalar müxtəlif həzm proseslərin pozulmalarına səbəb olur.
3 yer. Kolbasa, sosiska və s. hazır ət məhsulları.
Sosiska, kolbasa, dükanlarda satılan hazır düşbərə, farş, kotlet və s. qidalara külli miqdarda müxtəlif kimyəvi maddələr (rəng- və dadvericilər, emulqatorlar və s.) daxildir. Bu məhsulların tərkibində olan "fenol" maddəsi yüksək toksiki xüsusiyyətlərinə malikdir.
Hal hazırda belə məhsulların bir çox hissəsinə genlər səviyyəsində modifikasiya olunmuş hammal daxildir. Belə transgen məhsullar insanın orqanizminə genlər səviyyəsində təsir edir və müxtəlif mutasiyalara səbəb olur. Belə hesab olunur ki, 70% kolbasa və sosiskaların tərkibinə transgen paxla daxildir.
Hisə verilmiş hazır qidaların (kolbasa, ət, balıq və s.) tərkibində çoxlu miqdarda kanserogenlər var ki, bu maddələr xərçəng xəstəliklərin inkişafında böyük rol oynayır.
4 yer. Marqarin, hazır pirojnalar, peçenye və s.
Marqarin transgen yağdır. Tərkibində marqarin olan bütün hazır tortlar, pirojnalar, peçenye, vafli və s. məhsullar orqanizmdə maddələr mübadiləsi proseslərini pozur və piylənməyə səbəb olur.
5 yer. Energetik içkilər.
Bu içkilərin tərkibində külli miqdarda kofein, şəkər, rəngvericilər və s. daxildir.
6 yer. Rəngli çeynəməli konfetlər, çupa-çups, saqqız, rəngli marmelad və s.
Bu "qidalar" boş kalorilər və müxtəlif ziyanlı kimyəvi maddələrlə zəngindir.
7 yer. Mayonez, ketçup, digər hazır souslar.
Mayonezin tərkibində transyağlar, dadvercilər, konservantlar və s. ziyanlı maddələr olduqca çoxdur.
8 yer. Saxlama müddəti uzun olan süd və süd məhsulları.
Saxlama müddəti 1 aydan artıq olan bu məhsulların tərkibində çoxlu miqdarda konservantlar, stabilizatorlar və s. ziyanlı kimyəvi maddələr daxildir.
9 yer. Xarici ölkələrdən import olunan meyvə və tərəvəzlər
Yalnız yerli və mövsümi meyvə və tərəvəzləri yemək olar. Mövsümi olmayan və  xarici ölkələrdən import olunan meyvə və tərəvəzlər kimyəvi maddələrlə işlənilir (uzun müddət ərzində saxlanılması üçün). Bu maddələr orqanizmdə yığılaraq intoksikasiyalara səbəb olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1393   Tarix: 05 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun

Əllərdə gün ərzində davam edən ağrı və sərtlik oynaqların aşınması (osteoartrit) xəstəliyinin əlaməti ola bilər. Bu xəstəlik oynaqları qoruyan qığırdağın zamanla nazilməsi və aşınması nəticəsində yaranır. xəbər verir ki

.

Arıqlama məhsullarında təhlükəli maddələr aşkar edilib - AQTA

Arıqlama məhsullarının tərkibində insan sağlamlığı üçün ciddi təhlükə yaradan maddələr aşkar edilib. xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdir

.

Yayın qorxulu təhlükəsi: İsti aylarda sürətlə yayılan viruslar

Yay mövsümü istirahət, səyahət, çimərlik və açıq hava gəzintiləri ilə yadda qalsa da, isti aylar bəzi virus infeksiyalarının yayılması üçün əlverişli şərait yarada bilər. Buna səbəb təkcə yüksək temperatur deyil. Açıq havad

.

Qızdırmanı belə salmağa çalışmayın - Təhlükəlidir

Xalq arasında qızdırmanı salmaq üçün istifadə edilən üsullardan biri də ayaqları isti suya qoymaqdır. Lakin bu metod hər zaman faydalı hesab edilmir və bəzi hallarda vəziyyəti daha da ağırlaşdıra bilər. xəbər verir ki, yüksə

.

Bir stəkan çay müalicəni puç edə bilər

Dəmir preparatlarını, qıcolma əleyhinə vasitələri, antidepressantları və antibiotikləri çayla qəbul etmək tövsiyə edilmir. -a istinadən xəbər verir ki, bu barədə saytına mütəxəssis Natalya Kalaşnikova xəbərdarlıq edib. Eksper

.

Boğazı ağrıyanlar dərhal bunu etsin: Ağrını anında kəsir

Boğaz ağrısı daha çox qış aylarında rast gəldiyimiz bir sağlamlıq problemi kimi görünsə də, kondisioner və ya ventilyator qarşısında uzun müddət qalmaq, yaş saçla gəzmək və çox soyuq su içmək kimi bəzi səbəblər yay aylarınd

.

Daim yorğunluğunuzun səbəbi bu xəstəliklər ola bilər

Bəzən yorğunluq normal haldır, lakin hər gün davam edən halsızlıq orqanizmdə müəyyən problemlərin əlaməti ola bilər. xəbər verir ki, davamlı yorğunluğun səbəbləri arasında qan azlığı, qalxanabənzər vəz xəstəlikləri, şəkərl

.

Dəniz suyunun saçlara vurduğu zərər

Dəniz suyunda olan duz saç sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, dəniz suyu mineral və duzlarla zəngin olduğundan saç telinə daxil olaraq onun strukturundakı nəmi özünə çəkir. Bu isə saçın qoruyucu təbəqəsini

.

Gözümüzü məhv edə biləcək eynəklər var

Həkim-oftalmoloq Darya Orlova ultrabənövşəyi (UV) filtri olmayan gün eynəklərinin göz sağlamlığı üçün ümumiyyətlə eynək taxmamaqdan daha təhlükəli olduğunu açıqlayıb. -a istinadən xəbər verir ki, bu barədə nəşri məqalə dər

turlar.az

toy makiyajlari geyim şəkilləri sade makiyaj sekilleri böyrək problemi qidalandirici maskalar qızlıq pərdəsi necə açılır baliqqulagi kosmetika tərəzi burcler oğlaq dolça kəlamlar