Ən ziyanlı xalq təbabəti vasitələri - Tanınmış həkimdən XƏBƏRDARLIQ

Ən ziyanlı xalq təbabəti vasitələri - Tanınmış həkimdən XƏBƏRDARLIQTanınmış rusiyalı həkim, "O samom qlavnom" verlişinin aparıcısı Aleksandr Myasnikov ən faydasız və ziyanlı xalq təbabəti vasitələri haqqında danışıb.
Həkim qeyd edib: "Əslində mən xalq təbabəti vasitələrinin əleydarı deyiləm. Xalq təbabəti əsrlərin təcrübəsidir".
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, Myasnikovun sözlərinə görə, həqiqətən ziyansız və effektli xalq təbabəti vasitələri ilə yanaşı təhlükəli vasitələr də mövcuddur ki, onlardan uzaq durmaq lazımdır.
Bu vasitələrdən biri soğan və sarımsaq suyundan hazırlanmış "burun damcıları"dır. Bu vasitələrdən zökəm zamanı istifadə olunur. Lakin həkim qeyd edib ki, bu damcıların təsirindən burun axması daha da artacaq, həm də onlar burunun selikli qişasını yandırır. Həkim zökəm zamanı adi duzlu sudan istifadə etməyi tövsiyə edib.
Həkimin fikrinə görə, digər ziyanlı xalq təbabəti vasitəsi kələm şirəsidir. Xalq təbabətində kələm şirəsi bəzən mədə xorası və qastritin müalicəsində istifadə olunur. Lakin həkim xəbərdarlıq edir ki, bu 2 xəstəliyin səbəbi xelikobakter pilori bakteriyasıdır ki, bu bakteriyanı yalnız antibiotiklərin köməyi ilə müalicə etmək mümkündür. Həmçinin kələm şirəsi çətin həzm olunur və köpə səbəb olur.
Xalq təbabəti bağırsaq qurdları zamanı südlü-sarımsaqlı imalələrdən ("klizma") istifadə etməyi tövsiyə edir. Südə sarımsaq sıxılır və maye düz bağırsağa yeridilir. Həkimin sözlərinə görə, qurdlar tək yoğun bağırsaqda deyil, həzm sisteminin digər hissələrində də yaşayır ki, klizma bu hissələrə təsir etmir. Həmçinin belə klizmalar çox ciddi ishala səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1638   Tarix: 09 yanvar 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq

Asqırmağı saxlamağa çalışmaq gözlənildiyindən daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, bu barədə uşaq anestezioloqu David Kallexo xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, asqırmaq orqanizmi

.

Qəhvə buna da xeyir imiş

Qəhvə orqanizmdə iltihab proseslərini zəiflətməyə kömək edir. xəbər verir ki, bu barədə nəticələr "Nutrients" jurnalında dərc olunan araşdırmada qeyd olunub. Araşdırmaya görə, qəhvənin tərkibində olan bəzi maddələ

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Saç tökülməsi nə zaman təhlükəli sayılır?

Saç tökülməsi qadın və kişi fərq etmədən bir çox insanın qarşılaşdığı geniş yayılmış problemdir. xəbər verir ki, bu hal çox vaxt mövsümi və bəzən daha ciddi problemlərin xəbərçisi ola bilər. Türkiyəli dermatoloq-həkim Hicra

.

Xorultudan qurtulmağa kömək edən MƏHSULLAR

Xorultu bir çox insanın qarşılaşdığı narahat edici problemlərdən biridir.  xəbər verir ki, bu hal təkcə yuxu keyfiyyətini aşağı salmır, həm də ailə üzvlərinin rahatlığını poza bilir. Mütəxəssislər bildirir ki, bəzi məhsulları

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bu torpaqlarda yetişir: Təpədən-dırnağa antibiotik anbarı çıxdı

Təbiətin bizə təqdim etdiyi şəfalı bitkilərdən faydalanmaq sağlam həyata doğru atılan mühüm bir addımdır. Anadolu torpaqlarında yetişən və əldə edilməsi ən asan antibiotik mənbələrindən biri olan bu bitkini qidalanmanız

.

Xərçəngdən qorunmaq üçün 10 vacib QAYDA

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada hər il təxminən 20 milyon insana xərçəng diaqnozu qoyulur və 10 milyona yaxın insan bu xəstəlikdən həyatını itirir. xəbər verir ki, mütəxəssislər bildirir ki, düzgü

.

Səhərlər isti su içmək həqiqətən sağlamlığa faydalıdırmı?

Ənənəvi Çin təbabəti və Hindistanın Ayurveda mənbələrində isti və ya ilıq su içməyin sağlamlığa faydalı olduğu min illərdir müdafiə edilir.  xəbər verir ki, Çin təbabətinin əsas inanclarından biri enerjinin bədəndə dövr etməs

turlar.az

həkim məsləhəti qadin sayti geyim seçimi toyuqlar haqqinda dodaq ayaq sismesi royanin oglu kosmetika vetene aid bayatilar qogal oxu az kley lekesi ginekoloq