Epidemioloqdan: Maskanı çənənin altına keçirəndə virusa yoluxma ehtimalı artır

Epidemioloqdan: Maskanı çənənin altına keçirəndə virusa yoluxma ehtimalı artırKüçə, supermarket və iri ticarət mərkəzlərində tibbi maskasız gəzənlər və çox vaxt maskanı çənəsinin altında saxlayanlara tez-tez rast gəlirik. Belələri unudurlar ki, maska çənənin altında saxlamaq üçün deyil. Həkim kimi onu demək istəyirəm ki, ağız boşluğundan başqa burun boşluğu da var. Maska ilə təkcə ağız boşluğu deyil, burun boşluğu da örtülməlidir.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu, Azərbaycan Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev deyib. Onun sözlərinə görə, yalnız ağız boşluğunun örtülməsi tibbi cəhətdən heç bir fayda vermir, çünki burun vasitəsilə də nəfəs alınıb-verilir: "Təəssüf ki, karantin tədbirləri yumşaldılandan sonra əhali arasında bundan sui-istifadə halları yarandı. Kim necə gəldi, o cür də hərəkət etdi".
Epidemioloq bildirib ki, virus kimdənsə nəsə soruşmur, təbiətdə dövr edir. Yaxın olduqda yoluxma ehtimalı daha çox olur. Lakin karantin rejimi yumşaldılandan sonra nə sosial məsafə gözlənildi, nə də maskadan istifadə edildi. Bəzi saytlar, informasiya mənbələri, bəzi şəxslər əhalidə çaşqınlıq yaradan xəbərlər yaydılar. İnfeksion xəstəliklərdə sağlam virus gəzdirənlər var, bunu əhaliyə tibbi dildə tədris etmək lazım deyil. Bunu həkimlər bilirlər:
"Pandemiyanın ilk günlərində Prezident İlham Əliyevin ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün gördüyü preventiv tədbirlər nəticəsində xalqımız milli həmrəylik nümayiş etdirdi. Nəticədə yoluxma və ölüm sayı çox az oldu. Lakin karantin tədbirləri yumşaldılandan sonra əhalinin gigiyenik tələblərə əməl etməməsi nəticəsində yoluxma sayında yenidən artım baş verdi. Virus kimə yoluxub-yoluxmamaq məsələsini heç kimdən soruşmur və məqam düşəndə mütləq ona yoluxma baş verir. Əlli ildən artıq bu sahədə tədrislə məşğul olan təcrübəli bir mütəxəssis kimi əhalini həkimlərin göstəriş və tövsiyələrinə mütləq əməl etməyə çağırıram. Nə dövlətin, nə də tibbi qurumların hər evə bir tibb bacısı, bir həkim və bir polis işçisi qoyub ona nəzarət etmək imkanı yoxdur. Nəzarət hər kəsin özündən asılıdır. Xəstəlikdən uzaq durmaq hər kəsin öz əlindədir. Necə deyərlər, hər kəs özü-özünün həkimi olmağa çalışmalıdır.
Dövlət iqtisadi cəhətdən müəyyən itkilərə gedir və əhalinin sağlamlığını iqtisadi itkilərdən üstün tutur. Biz həkimlər də arzu edirik ki, yeni tikilmiş və ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş müalicə müəssisələri qeyri-infeksion xəstəliklərin müalicəsi üçün istifadə olunsun".
Baş epidemioloq onu da deyib ki, maska taxmaq heç bir çətinlik törətmir. Onu çənəsinin altına keçirənlərin xəstələnmə ehtimalı maska taxanlarla müqayisədə daha çoxdur: "Küçədə, marketdə, ictimai yerlərdə təkəbbürlülük edərək maska taxmayanlar infeksiyaya yoluxandan sonra xəstəxana palatalarında, reanimasiya şöbələrində sağlamlıq problemləri ilə üzləşəndə, nəfəs almaqda çətinlik çəkəndə böyük peşmançılıq hissləri keçirilər. Əlbəttə ki, onda artıq gec olur".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1240   Tarix: 13 iyun 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

toy makiyajlari donlar 2026 kosmetika mehsullari sifahi xalq edebiyyati haqqinda arıqlamaq duzlu xəmir işləri yay geyim 2026 kosmetika gozellik porno tapmaca novruza aid səməd vurğun