Epilepsiya barədə bunu hamı bilməlidir – Həkim DANIŞIR

Epilepsiya barədə bunu hamı bilməlidir – Həkim DANIŞIR"Epilepsiya xroniki xəstəlik olaraq epilepsiya tutmaları ilə müşayiət olunur. Epilepsiya tutması sinir sistemindəki bir qrup sinir hüceyrəsində müəyyən müddət ərzində sinxron həyəcanlanmanın olması nəticəsində baş verir".
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinin həkim-nevroloqu Vəfa Babayeva deyib.
Həkimin sözlərinə görə, epilepsiya qısamüddətli beyin funksiyasının pozulması ilə əlaqədardır və beyin hüceyrələrində müvəqqəti anormal elektrik yayılması nəticəsində meydana gəlir:
"Bəzi epilepsiya növləri eyni vaxtda və ya ardıcıl olaraq baş verə bilər ki, bu da insanlarda bir çox əlamət və simptomların yaranmasına səbəb olur. Simptomların müddəti bir neçə saniyədən 15 dəqiqəyə qədər dəyişə bilər. Xəstəliyin bəzi simptomlarını da bilmək vacibdir, çünki onlar epileptik tutmadan əvvəl baş verə bilir:
- birdən güclü qorxu və narahatlıq,
- ürəkbulanma və başgicəllənməsi,
- görmədə dəyişikliklər və baş ağrısı,
- ayaqların və əllərin hərəkətlərində qismən nəzarətin itməsi.
Sözügedən hallardan sonra baş verən müxtəlif simptomlar bir insanın epileptik tutma keçirəcəyini göstərə bilir:
- köpüklü ağız və ağızda qəribə bir dad,
- dili dişləmək və dişlərin sıxılması,
- sürətli göz hərəkətlərinin qəfil başlaması,
- qəribə səslər çıxarmaq,
- qəfil əhval dəyişikləri və s".
Vəfa Babayeva bildirib ki, epilepsiya xəstəliyinin yaranmasının bütün hallarda əsas səbəbini dəqiq müəyyən etmək mümkün deyil:
"Doğuş travmaları, əvvəlki qəzalarla bağlı kəllə-beyin travmaları, irəli yaşlarda beyin damarlarında görülən damar anomaliyaları, yüksək hərarət xəstəlikləri, qan şəkərinin həddindən artıq azalması və beyin iltihabları epilepsiya xəstəliyinə meyililiklə bağlı səbəblərdəndir. Diaqnoz qoymaq üçün məlumat toplamaq məqsədilə qan analizi, elektrokardioqram, elektroensefaloqram, KT (kompüter tomoqrafiyası), MRT (maqnit-rezonans tomoqrafiya) və s. müayinələr aparılır.
Tutmaları başladan ən geniş yayılmış stimullaşdırıcı amillər isə yorğunluq, yuxusuzluq, stress, alkoqol qəbulu, kofein və sintetik qidalar, kəskin günəş şüası, dərmanların vaxtında qəbul olunmamasıdır.
Epilepsiya xəstəsi olan insanların çoxu epilepsiya əleyhinə dərmanlarla müalicə edilə bilər. Dərmanlar tutmaları dayandırmaq üçün nəzərdə tutulub. Buna görə dərmanların müntəzəm istifadəsi vacibdir. 3 il ərzində epilepsiya əleyhinə müalicə alaraq xəstədə heç bir epileptik tutma olmursa və EEQ müayinə metodu bunu təsdiqləyirsə, xəstənin dərmanlarını həkim məsləhəti ilə dayandırmaq mümkün olur.
Dərman terapiyası xəstələrin əksəriyyətində təsirli olsa da, bəzi xəstələrdə gözlənilən effekti verməyə bilər. Bu zaman isə xəstələrdə epilepsiyaya səbəb olan əsas vəziyyətə görə cərrahi müalicələr tətbiq oluna bilər".
Həkim-nevroloq epileptik tutmalar zamanı ilkin yardımdan da bəhs edib:
"İlk olaraq xəstənin bir tərəfində diz çökmək, öz tərəfinizdəki qolunu ovuc səthi yuxarıya baxmaq şərtilə başına paralel istiqamətdə dirsəkdən 90° bucaqla bükmək, əks tərəfdəki əlini gətirib öz tərəfinizdən başının altına qoymaq lazımdır. Sonra onun əks tərəfdəki dizini qatlayıb öz tərəfinizə keçirin və xəstəni özünüzə tərəf böyrüüstə uzatmaq, xəstənin başını tutaraq çənəsini bir əl ilə yuxarı qaldırmaq lazımdır".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1414   Tarix: 01 aprel 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geyim və ayaqqabılar kosmetik vasiteler makiyaj etmek qaydalari gəlin paltarları qazan kotleti dil haqqinda atalar sozleri yaz yay 2026 kosmetika sac modelleri bayatı pizza sanamalar vətən həsrətinə aid bayatılar