Ərdoğan yaralıları ziyarət etdi
Dövlət başçısı İstanbulda terrorda yaralanan şəxsləri xəstəxanada ziyarət etdi.
Qadinsayti.az xəzərxəbər.az-a istinadən xəbər verir ki, Ərdoğan bu gün Bezmialem Vəqf Universitetində Tibb Fakültəsi Xəstəxanasında terrorda xəsarət alan yaralılarla görüşüb, hal-əhval tutub..
Ərdoğan hücumda şəhid olan polis məmurları üçün İstanbul Təhlükəsizlik Müdirliyinin Vətən Prospektindəki şöbəsində təşkil edilən cənazə mərasiminin ardından xəstəxanaya baş çəkib.
Xəstəxanaya Ərdoğanla birgə Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak, xarici işlər naziri Mevlüt Çavuşoğlu və İstanbul valisi Vasip Şahin də gəlib.
f Paylaş