"Ərim mənə xəyanət etdiyi üçün ayrıldım, amma indi peşmanam" (VİDEO)
ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan teleaparıcı Lətafət Ələkbərova maraqlı açıqlamalar verib.
Sevilən aparıcı həyat yoldaşından ayrılmasının səbəbini açıqlayıb: "Bir az gec ailə qurdum. Uğursuz ailə həyatı oldu. Qızımın artıq bir yaşı olanda ayrıldıq. 2 il ərzində get-gəllər çox oldu. İstəmirdim ailəm dağılsın. Gördüm ki, olmur. Olmayanda olmur. Heç bir qadın ailəsinin dağılmasını istəməz. Özüm seçdim, özüm ayrıldım. Ərim mənə xəyanət etdi. Məsuliyyətsiz idi. Övladı ilə özü görüşmək istəmir. Uşaq özü də istəmir. Hər iki tərəf bir-birinə dayaq olmalıdır. Çox fədakarlıq etmişəm. Bu mənim ən mənfi cəhətimdir. Bu ayrılıq sevgiyə inamsızlıq yaratdı. Sevgi əmək istəyir. Sevgi qurban istəyir. Qadın xəyanəti bağışlamır. Uşaqların xətrinə, yaşananların xətrinə dözürsən, amma xəyanətə dözmək olmur. Qohumlarım, ailəm ayrılmağımızı istəmirdi. Ayrılandan sonra peşman oldum. Kaş uşağım üçün hər şey yaxşı olardı, atası ilə böyüyərdi".
Tanınmış aparıcı yenidən evlənə biləcəyini söyləyib: "Bəzi ağzıgöyçəklər deyir ki, bunu heç kim almır. Mən öz övladımı düşündüyüm üçün ərə getmədim. Qızımı övladı kimi sevən, ona güvənə biləcəyim insan olsa, o zaman razı olaram. Qızıma qarşı həssas və qısqancam".
f Paylaş








Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Zaur Kamal yenidən efirə qayıdır? - ARB TV-dən açıqlama
Bu dövrdə qadının gözəlliyi kapitala çevrilib' - Nura
Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər
Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir
Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir
Rusiyada qazaxıstanlı reperə cinayət işi açıldı
Rihanna müəlliminə ev aldı
Məzarı açıb ölən modelin başını oğurladılar
Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?
Marketdən toyuq alanlara çağırış - Çəhrayı maye nə deməkdir?