"Ərimlə məni şantaj edir" - Türkiyəyə ərə gedən Cəmilə
"Sentyabrın 16-da Türkiyədə nikahımız oldu. Toydan 2 gün sonra keçmiş arvadı həyat yoldaşıma yazmağa başladı. Cavab verməyəndə, mənə yazıb şantaj edirdi".
Bu sözləri Axşam.az-a açıqlamasında aktrisa Cəmilə Tağızadə deyib.
Aktrisa bildirib ki, əri Muradın keçmiş həyat yoldaşı onları şantaj edir:
"Mənə yazdı ki, tanınmışsan, səni biabır edəcəm. Mənim borclarımı ödəsin, qızılları versin. Qadın adam aldatmaqla məşğul imiş, ona görə boşanıblar. Ondan sonra toyunda alınan qızılları satıb, borclarını qaytarıblar.
Onun mesajlarına cavab vermədim, başladı qohumlarıma yazmağa. Yazır ki, Muradla Cəmilə yalançıdır, tanıdığınız biri deyil. Onu məhkəməyə verdim. Bunlara görə cavab verəcək. Onun səviyyəsinə enməyəcəm. Yaxşı xanım olsaydı, evində oturardı, yoldaşı ondan boşanmazdı. Hər yerdə deyir guya bu boşanma ərizəsi verib. yaland anışır. Murad məhkəməyə ərizə verib ki, onu boşasın.
Bir övladları var, bütün onun ehtiyaclarını ödəyirik. Yalandan deyir ki, uşaq xərçəng xəstəsidir, ona çox pul lazımdır.
Qadın mənim əhvalımı o qədər pozmuşdu ki, depressiyaya düşmüşdüm. Hər şeydən uzaqlaşmışdım".










Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin