Erkin Rəhimov: COVID-19 uşaqlar arasında 80-85 faiz hallarda

Erkin Rəhimov: COVID-19 uşaqlar arasında 80-85 faiz hallardaCOVID-19 virusu böyüklərə nisbətən uşaqlarda daha yüngül keçir. Yeni növ koronavirusun Azərbaycanda da qeydə alınan "omikron" ştamı daha yoluxdurucu olsa da, ağırlıq dərəcəsi zəifdir. "Omikron" variantının daha sürətlə yayılması kollektiv immunitetin qazanılmasına da səbəb ola bilər. Hazırda COVID-19 virusunun digər ştamları da var, lakin bir ştam daha çox yayıldıqca digərləri arxa plana keçir. Məsələn, beş-altı ay əvvəl infeksiyaya yoluxanlar arasında "delta" ştamı prioritet idisə, indi "omikron" daha çox üstünlük təşkil edir. Lakin bu, "delta"nın yox olması demək deyil. Sadəcə olaraq, tez-tez dəyişikliyə məruz qalmaq RNT viruslarının xüsusiyyətidir. Bu, son günlər geniş yayılan "inluenza" virusuna da xasdır. Ona görə də hər mövsümdə "influenza"ya qarşı peyvənd olunmaq lazımdır, çünki həmin virus mutasiya etdikcə dəyişikliyə məruz qalır və orqanizmdə yeni növə qarşı qoruyuculuq azalır. Bu xüsusiyyətlər koronavirusla eynilik təşkil edir. Nəzərə almaq lazımdır ki, orqanizmdə COVID-19 əleyhinə yaranmış immunitet də 3-6 ay sonra azalır və belə olan halda, virusayoluxma ehtimalı çoxalır. Hətta iki doza vaksin alanlarda belə "omikron" ştamına qarşı qoruyuculuq çox aşağıdır. Məhz buna görə vətəndaşların "buster" doza ilə peyvəndlənməsi çox vacibdir. Tədqiqatlar göstərir ki, ikinci doza vaksinasiyadan beş ay keçəndən sonra qoruyuculuq çox zəif olur.
Milli.Az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-pediatr Erkin Rəhimov deyib.
Mütəxəssis bildirib ki, koronavirus uşaqlar arasında 80-85 faiz hallarda yüngül və ya simptomsuz keçir: "COVID-19-a yoluxmuş uşaqların yalnız 10-15 faizində müəyyən şikayətlər olur və onlar simptomatik qaydada müalicə edilirlər. Ağırlaşmış və xroniki xəstəliyi olan uşaqlara isə virus əleyhinə preparatlar təyin edilir. Zəif immunitetə malik risk qrupunda olan uşaqlara fərdi yanaşılır. Uşaqları virusdan müalicə etmək üçün ilk növbədə onları çox qalın geyindirməmək lazımdır, uşaqlara, həmçinin çoxlu maye içirtmək və ev şəraitində onların istirahətini təmin etmək tövsiyə edilir".
Həkim-pediatr xəstəliyə yoluxmuş uşaqlarda ilkin müalicə üsulları barədə bunları deyib: "Son vaxtlar təkcə uşaqlar arasında deyil, böyüklər arasında da "influenza"nın A növü çox geniş yayılıb. Həmin virusla yoluxma zamanı bəzən uşaqlarda 4-5 gün ərzində bədən temperaturu 40-41 dərəcəyə qədər yüksəlir. Uşağın ciddi problemi yoxdursa, əhval-ruhiyyəsi yerindədirsə, onun qızdırması 38,5 dərəcəyə qədər olduğu halda hərarətsalıcı dərmanlar verilməsinin tərəfdarı deyilik. Nəzərə almaq lazımdır ki, viruslarla mübarizədə ən yaxşı yol qızdırmadır, çünki bədən bu yolla virusu öldürür. Uşaqda halsızlıq müşahidə edilirsə və ya başqa şikayətləri varsa, ona hərarətsalıcı dərmanlar verilə bilər. Onu da qeyd etmək lazımdır ki, virusa yoluxan zaman burun axıntısı, hətta uzun müddət davam edən öskürək normaldır, lakin qızdırma 2-3 gündən çox davam edirsə, həkim müayinəsi mütləq aparılmalıdır. Həmin dövrdə uşaqda həm "influenza", həm COVID-19, həm də digər infeksiyalara yoluxma halı aşkarlana bilər. Belə olan halda, həkim müayinəsi vacibdir. Valideynlərin özbaşına antibiotik tətbiq etməsi yolverilməzdir, çünki həmin virusa yoluxma zamanı bunun heç bir faydası yoxdur. Ehtiyac olmadığı təqdirdə uşağa antibiotik verilməsi zərərlidir. Hər dərmanın yan təsirləri var, özbaşına dərman tətbiqinə başlamaq xəstədə fəsadlar törədə bilər. Müayinə nəticəsində uşağın "influenza" A olduğu təsdiqlənərsə, ona ilk 48 saat ərzində virus əleyhinə preparat verilir. Həmin preparatın qəbulundan sonra 24 saat ərzində qızdırma düşür, uşaq yaxşılaşmağa başlayır. Ona görə də diferensial diaqnostika ilə xəstəliyin qrip və ya başqa virus olduğunu dəqiqləşdirmək mütləqdir".
E.Rəhimovun dediyinə görə, pediatrlar uşaqlarda öskürək əleyhinə dərmanların istifadəsini vacib olmadıqca tətbiq etmirlər: "Bir sıra hallarda uşaqların belə dərmanlar qəbul etməsi aşağı tənəffüs yollarının infeksiyasına səbəb ola bilər. Həkim müayinəsində ağciyərlərin dinlənilməsi nəticəsində eşidilən səsə uyğun olaraq, uşağa rentgen və yaxud da başqa müayinə əsasında bəlğəmgətirici dərman və ya inhalyasiya təyin edilə bilər. İnhalyasiyada istifadə edilən dərmanların bəziləri bronxları genişləndirir. Uşaqlarda böyüklərdən fərqli olaraq bronxlar çox incə olduğu üçün kiçik bir selik onu tuta bilir və nəticədə uşağın nəfəsalması çətinləşir. İnhalhasiya vasitəsilə isə bronxlar açılır və bəlğəm daha rahat çıxır. Hər müalicənin yan təsirləri var. İnhalyasiya nə qədər populyar olsa da, bəzən istifadə edilən dərmanlar ürəkdə çırpınmaya, əllərdə titrəməyə və əsəbiliyə səbəb ola bilər. Ona görə də həmin dərmanlardan düzgün istifadə etmək lazımdır. Belə yanlış yanaşma var ki, guya qızdırmalı uşağa inhalyasiya etmək olmaz. Təəssüf ki, bəzən valideynlər arasında doğru olmayan məlumatlar dolaşır. Körpə yaşlarından uşağı "heç nəyə toxunma", "əlini tez-tez yu" deyə tərbiyə edəndə onun orqanizmində mübarizə aparacaq mikrob tapılmır və belə olanda bədən özü-özünə qarşı mübarizə aparır. Nəticədə allergik və digər autoimmun xəstəliklər meydana çıxır. Əlbəttə ki, təmizkarlıq lazımdır, amma bu, ifrat dərəcədə olmamalıdır".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1245   Tarix: 21 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

maskalar geyim və ayaqqabılar həkim məsləhəti üzdəki ləkələr elaci erzaqlar şef master kosmetika bayatilar vətən haqqında atalar sözləri balıq novruz bayramina aid hakisdalar bayatılarımızda vətən həsrəti