Erməniləri diri-diri basdıran, farsları sağ buraxmayan ƏMİR TEYMUR

Erməniləri diri-diri basdıran, farsları sağ buraxmayan ƏMİR TEYMURBöyük türk sərkərdəsi Əmir Teymur dünya tarixində xüsusi iz qoymuş şəxsiyyətlərdən biridir. Orta əsr rus mənbələrində "fəthlər kralı" olaraq qeyd edilən Teymur həm də "Topal Teymur" kimi anılır.
Publika.az "Orta Asiyanın qütb ulduzu" Əmir Teymur haqqında olan maraqlı məlumatları təqdim edir.
Çingizlilər sülaləsindən olmadığı üçün Teymur böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də Teymur özünə əmir (tayfa başçısı) titulunu götürür. Böyük sərkərdə dünya tarixinə heç bir müharibədə məğlub olmayan komandan kimi öz adını yazdırıb. Çünki o, hər zaman döyüşlərin sonunu hesablayıb, qalib gələ bilməyəcəyi müharibələrə isə ümumiyyətlə girməzdi. 
Teymur ilk səfərini 1371-ci ildə Xarəzmşahlar üzərinə təşkil edir. 
O, 1381-ci ildə Tus şəhərinə daxil olarkən əsərlərində türkləri daima qaralayan "Şahnamə"nin müəllifi, İran şairi Firdovsinin xaraba məqbərəsi önündə dayanır və deyir: "Ey Firdovsi, qalx, qalx və hər sətirdə xor gördüyün məğlub türkü indi gör! Qalx, qalx, bax, İsfahan gözəldir, yoxsa Səmərqənd? Bağdaddan indi yatdığın yerə qədər heç bir farsı sağ buraxmadım. Topal ayağımın basdığı yerdə ot bitməz".
Belə nəql olunur ki, bir gün Teymur Hindistan yürüşündə olarkən heç vaxt görmədiyi bir canlı ilə qarşılaşır. Bu heyvan onun istifadə etdiyi atlardan çox böyük olduğu üçün ordudakı atlar heyrətə gəlir. Rəvayətə görə, Teymur camışların başına çubuqlardan xortumlar düzəldərək filə bənzədir və atların yanında saxlayaraq heyvanların öyrəşməsi üçün şərait yaradır. O atdığı bu addımla müharibədə qalib gəlir. Həmin döyüşdən sonra Teymur ələ keçirdiyi 30 fili öz ordusuna qatır. 
Əmir Teymur Sivası almağa gedərkən əvvəlcə qala sərkərdəsi ilə danışır, onu sülhə dəvət edir və qalanı təslim etsə, onların canlarının bağışlayacağını bildirir. Komandir bu təklifi rədd edir. Qala sakinləri uzun müddət dözürlər, lakin kömək və yemək çatışmazlığı səbəbindən Teymurun dediyi ilə razılaşmağa məcbur olurlar. 
O, qala əhalisinin müsəlman olduğunu nəzərə alaraq təkliflərini qəbul edir. Sülh danışıqları zamanı qalada olan 4 minə yaxın erməni ox Teymurun ordusuna müqavimət göstərməyə çalışır və qoşunun üzərinə ox yağdırmağa başlayır. Əmir bundan sonra qala komandirindən həmin ermənilərin əsir kimi verilməsini tələb edir. Komandir bunu qəbul edərək onları Teymura təslim edir. 
Teymur qoşununa xəndək qazmalarını və ermənilərin əl-qolunu bağlayaraq həmin o çuxurlara atmalarını əmr edir. Bununla da həmin ermənilər diri-diri basdırlır. Vədinə əməl etmədiyini söyləyənlərə isə o, "mən sözümə sahib çıxdım, qan axıtmadım" cavabını verir.

Maraqlı     Baxılıb: 2825   Tarix: 03 iyun 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

ADU-nun doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib. xəbər verir ki, bu barədə universitet məluma

.

Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər

Alimlər təxminən 315 min il əvvəl yaşamış erkən Homo sapiens nümayəndəsinin üz cizgilərini rəqəmsal üsulla bərpa ediblər. xəbər verir ki, söhbət Mərakeşdə yerləşən Jebel Irhoud arxeoloji ərazisindən aşkar olunan insan fosillərində

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

100% görmə əngəlli olsanız belə, bu implantla görəcəksiniz - İlon Maks açıqladı

 "İlk implantları yaxın aylarda yerləşdirəcəyik". İlon Maskın "Neuralink" şirkəti görmə qabiliyyətini itirmiş insanlar üçün nəzərdə tutulan beyin implantı üzərində çalışmalarını davam etdirir. xəbər veri

.

Mustafa Qarayev vəfat etdi - FOTO

Fizika-riyaziyyat elmləri doktoru, professor Mustafa Qarayev vəfat edib.  xəbər verir ki, professor bu gün dünyasını dəyişib. Qeyd edək ki, M.Qarayev 20 oktyabr 1936-cı ildə Laçın rayonun Minkənd kəndində anadan olub. O

.

31 yaşlı xanım prorektor təyin olundu - Nazirdən əmr

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) yeni prorektor təyin olunub. xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Nigar Adilova ali məktəbin Beynəlxalq əlaqələ

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

turlar.az

yay geyimləri 2026 geyim şəkilləri hamiləlik geyimler 2026 merlin monro qonaq otagi dizayni ayaqqabılar kosmetika intim munasibetler rus dilini öyrənək bayatılarımızda vətən həsrəti vətən haqqında bayatılar efsane