Əruz vəzni haqqında

Əruz vəzni haqqındaƏrəb sözü əruzun bir neçə mənası vardır: cadırın ortasına vurulan dirək, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, nahiyə, kinli, inadlı dəvə, şerdə beytin birinci misrasının son bölümü, yaxud vəzn qəlibinin son təfiləsi. İstilahi mənada isə əruz şer ölçüsüdür.
Əruz vəzni çox yayılan, işləkliyi ilə fərqlənən ölçüdür. İslamiyyətdən əvvəl ərəb folklorunun nümunələri, mənzum həmasələr, müharibələr zamanı söylənən rəcəzlər və məzmunu xalq məişətindən alınan şerlər əruz vəzni ilə yazılırdı. Bədahətən şer deyəndə, ərəblər əruzdan istifadə edirdilər. Bunlara baxmayaraq, əruzun mənşəyini Yunanıstan, hindistan və İranın Sasanilər dövrü mədəniyyəti ilə bağlayanlar az olmamışdır.
Əslində isə əruzun banisi VIII əsr ərəb filoloqu və tarixçisi Əbi Əbdürrəhman Xəlil ibn Əhməd əl Fərahidi olmuşdur. O, əruzun əsasını hicri 150-ci (miladi 767) ildə qoymuşdur. 9-cu əsrdən əruz geniş yayılmış, Avropa, yaxın və orta Şərqin bir sıra xalqlarının şer vəzni olmuşdur.
Farslar əruzu ərəb ədəbiyyatından götürmüşlər, onu bəhr və təfilə çoxluğu ilə mənimsəmişlər. Onlar əruzun on altı bəhrinə üç bəhr (qərib, cədid, müşəkil) artırmış, bəhrlərin sayını on doqquza çatdırmışlar. Farslar ərəb qəliblərini yeni formaya salmış, onlara milli xüsusiyyətlər aşılamışlar.
Türkdilli xalqlar əruzdan XI əsrdən istifadə etmişlər. Əruz vəzninin mütəqarib bəhri ilə yazılan ilk türk-uyğur abidəsi Yusif xas Hacibin "Kutadqu-bilik" poeması olmuşdur.
Xəlil ibn Əhməd Fərahidi mənzum əsərləri toplamış, onların vəznini və ahəngini fel kəlməsinin müxtəlif derivatları ilə müəyyənləşdirmişdir. Felin təfilələr adlanan bu derivatları ərəb dilində sözlərin müqayisəsi üçün ölçü vahidləri olmuşdur. Xəlil ibn Əhmədin sistemində uzun və qısa hecalar əruzda önəmli rol oynamır. O uzun və qısa hecaları bir hecadan altı hecaya qədər olan təfilələrlə əvəz edir, təfilələrin hissələrini isə əruzun rünkləri ilə aydınlaşdırır. Bütün təfilələr səkkiz əsli təfilədən əmələ gəlir: Fəulün, failün, məfailün, failatün, müstəfilün, müfaəlatün, mütəfailün, məfulatü. Əruzun əsasını təşkil edən bu əsli təfilələrin zahiflarla dəyişməsi yolu ilə yetmişə qədər təfilə düzəlir. Bunların qəliblərdə düzülüşündən əruz vəzninin bəhrləri, növləri və növ variantları yaranır. Əruzla yazılan şerlərin misraları bölüm kəmiyyətinə görə üç qrupa bölünür: dördbölümlülər, üçbölümlülər, ikibölümlülər.
Əruzda misraların ölçü bərabərliyi hərəkəli və hərəkəsiz səslərlə müəyyən olunur. Fars və türk dillərində əlif (1), BAB (,), və ya (s) əruzda hərəkəsiz hərflər sayılır. Müəyyən bir ölçü ilə yazılan şer misralarının hərəkəli və hərəkəsiz hərfləri arasında daxili səsləşmə və bağlılıq olur. Bu, əruza özünəməxsusluq gətirir, onu başqa vəznlərdən fərqləndirir.
Əruz iki yerə-əsli vəznlərə və qeyri-əsli vəznlərə ayrılır. Əsli vəznlər isə düzəltmə vəznlərdən əmələ gəlir. İşlənməyən bəhrlər işlənən bəhrlərdən çox iyirmi altıdır. İşlənən bəhrlər isə on doqquzdur: təvil, mədil, bəsit, vafir, kamil, həcəz, rəcəz, rəməl, səri, münsərih, xəfif, müzare, müğtəzib, müctəs, mütəqarib, mütədarik, cədid, qərib və müşəkil.
Təfilələrin düzülüşündə38 hərəkəli və hərəkəsiz səslərin yaxinlığı nəzərə alınır və bəhrlər altı dairəyə bölünür.
1. Müxtəlifə dairəsinə - təbil, mədid və bəsit bəhrləri
2. Mötəlifə dairəsinə - vəfir və kamil bəhrləri
3.Müctəlibə dairəsinə - həcəz, rəməl və rəcəz bəhrləri
4. Müştəbihə dairəsinə - münsərih, müzare, müctəs və müqtəzib bəhrləri
5. Müttəfiqə darəsinə - mütəqarib və mütədarik bəhrləri
6. Müntəziə dairəsinə - səri, xəfif, qərib, cədid və mütəşəkil bəhrləri daxildir.
Xalqlar bəhrlərə yaradıcı yanaşmış, onlardan öz dillərinə uyğun gələnlərdən istifadə etmişlər. Ərəblər əruzun on altı, fars və taciklər on dörd, türklər on bir, özbəklər on üç, azərbaycanlılar isə on iki bəhrlə şer yazmışdır.

Maraqlı     Baxılıb: 22857   Tarix: 15 iyul 2014
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, tanınmış alim Gülbəniz Camalova vəfat edib.  xəbər verir ki, bu barədə Azərbaycanda Fransız İnstitutu məlumat yayıb. Alim 62 yaşında ürəktutmada

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Azərbaycan mədəniyyətinə ağır itki - FOTO

Əməkdar incəsənət xadimi, professor Rafiq Sadıqov vəfat edib. xəbər verir ki, bununla bağlı Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb. Bildirilib ki, Rafiq Sadiqov 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, həmçini

.

Yeni nazir bu məşhur alimin oğludur

Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev məşhur ədəbiyyatşünas alimin oğludur.  xəbər verir ki, A.Əliyevin atası filologiya elmləri doktoru Rəhim Əliyev Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutund

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

2198 müəllim bu sadə suala cavab verə bilmədi - FOTO

Dövlət İmtahan Mərkəzinin müəllimlərin sertifikasiyası ilə bağlı apardığı testin bir sualının cavablı nəticəsi yayımlanıb. -a istinadla xəbər verir ki, iki mindən çox müəllim aşağıda təqdim edilən adi məktəbli sualına bel

turlar.az

geyim seçimi hamiləlik hamilelikde qidalanma 2026 gəlinliklər aloy gulunun faydasi ariqlamaq ucun kofe ərzaqlar kosmetika baliq burcler hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz arxadan olmaq novruz bayrami