Əsəb sisteminiz niyə zəifdir?

Əsəb sisteminiz niyə zəifdir?Artıq çox insan şikayətlənir: Sinirlərim pozulub. Əsəblərim dözmür. Əsəb sistemim zəifdir. Çox əsəbiyəm.
Milli.Az medicina.az-a istinadən xəbər verir ki, sinir və əsəb sisteminin zəif olmasının tibdə adı nevrasteniyadır.
Nevrasteniya - yunan dilindən sinir əsəbiliyi, zəif sinirlər deməkdir.
Psixoloji ensiklopediyada isə belə izah edilib:
"Nevrasteniya - nevrotik pozulma, xəstəlik olub, yüksək yorğunluq, tükənmə, qıcıqlanma, təşviş, depressiya,baş ağrısı, diqqət azlığı, sevinmək hissinin azalması, daim fikirli olmaq, təşviş, hətəcan, yuxu pozulması ilə gedir.
Bu vəzyyət güclü, uzun müddətli emosional psixi stress və ya xəstədə digər güclü xəstəlik, məsələn, infeksiyalardan sonra yarana bilər.
Beynəlxalq xəstəliklər təsnifatında Nevrasteniya MKB 10, F 48.) kodu altında yerləşir və müalicəyə mütləq göstərişdir.
Yəni öz-özünə keçəcək, döz, gözlə və ya sadəcə sakitləşdirici içməklə bu problem çözülən deyil. Çünki nevrasteniya xəstəlikdir.
Milli.Az nevrasteniyanın yaranma səbəbləri, kimlərdə ola biləcəyi və formaları barədə məlumat toplayıb.
Adətən 2 tip şikayətlər eşidilir və 2 tip insanda rast gəlinir:
- Yüksək zehni, əqli yorğunluq- ofis işində çalışanlar, sosial aktiv insanlar, beynini işi ilə bağlı çox yoran insanlar
- Yüksək fiziki yorğunluq - fəhlələr, ağır işdə çalışanlar, idmançılar - bu zaman bədən yorulur və ən yüngül fiziki gərginliyə belə dözümü olmur
- Nevrasteniyada bu simptomların ən azı 5-i olmalıdır.
- Əzələ, sümük ağrıları - bu zaman sümüklər ağrımr, sadəcə xəstəyə elə gəlir
- Baş hərlənmə, küçədə müvazinətin bəzən itməsi
- Baş ağrıları
- Yuxu pozulması
- Rahatlana bilməmək, bədənin gərgin yığılması
- Dispepsiya - mədə, bağırsaq, həzmdə pozulma
- Qıcıqlanma, hər xırda şeyə əsəbləşmək
- Gülməmək, sevinə bilməmək
- Basdırılmış təşviş
- Hisslərin soyuması
Nevrasteniyanın yaranmasının bu səbəbləri var: - psixogen, somatik, orqanik, ekzogen faktorlar
Orqanik səbəbləri istisna etmək üçün xəstə nevroloq və manual terapevtin müayinəsindən keçməlidir. Bu zaman xəstənin baş, beyin, sümük, bel, çanaq hissədə hər hansı travma alıb -almaması, anadangəlmə sinir, nevroloji xəstəliyin olması araşdırılır.
Ümumiyyətlə, nevrasteniyanın müayinəsi nevroloq tərəfindən aparılır.
Əgər xəstə sonradan ciddi zərərli vərdişlərə qurşanıbsa, onu da aşkarlamaq lazımdır: içki, narkotika, zərərli iş, müxtəlif psixotrop dərmanların qəbulu eləcə də müxtəlif istehsalat müəssisələrində, kustar sexlərdə, məsələn, benzin doldurma məntəqəsi, tikinti yeri, benzin, zərərli tüstü olan yerlər, taxta yonma, lak, boya, yapışqan maddələrlə işləmə ilə çalışanlarda da nevrasteniya riski yüksəkdir.
Nevrasteniya vaxtında üzərinə düşülərsə, geri dönən vəziyyyətdir, müalicəsi var. Ümumiyyətlə, bu psixi pozulma müvəqqəti düzəlmə, residiv və tam yaxşılaşan, itən problemdir. 
Milli.Az

Xəbərlər     Baxılıb: 1014   Tarix: 07 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

turlar.az

yemek reseptleri makiyaj instagram adlarin menasi yay koftalari kişi psixologiyası terxun kompotu laylalar kosmetika qz eviyçun hakışta anabaci azerbaycanli is adami amerikada gullelendi badambura novruz hakistasi