Əsgərlərimizə görə bunları edin - Rəşad Mahmudovdan ÇAĞIRIŞ

Əsgərlərimizə görə bunları edin - Rəşad Mahmudovdan ÇAĞIRIŞKoronavirus bu gün dünya üçün hələ də ciddi problem olaraq qalır. Əfsuslar olsun ki, COVID-19 yoluxmalarının son aylarda ölkəmizdə nəzarətdə olması, eyni zamanda xəstəlikdən ağırlaşma ehtimalının az olması, eləcə də bu gün Qarabağ yolunda apardığımız mübarizənin həyəcanı bizi bir qədər koronavirus tədbirlərindən uzaqlaşdırıb.
Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin üzvü Rəşad Mahmudov deyib.
O bildirib ki, döyüşlərdə əsgərlərimizin Qarabağ uğrunda vuruşması, sivil insanların həyatlarını itirməsi kimi həqiqətlə üz-üzə ikən insanlarımız koronavirus infeksiyasına laqeydlik göstərir. R. Mahmudov hər kəsə vacib mesaj verib:
"Biz ehtiyatlı olmağı sadəcə sizin və sevdiklərinizin xəstələnməməsi naminə söyləmirik. Önümüzdəki günlərdə və aylarda hər hansı alovlanma olarsa, bu alovlanma nəticəsində xəstəxanalarda çarpayılar koronavirus xəstələri tərəfindən tutula bilər. Bu, insan resurslarının, həkim və tibb bacılarının daha çox virusla mübarizəyə səfərbər olmasına səbəb olacaq. Bunun da birmənalı təsiri Azərbaycan əsgərinin ön cəbhədə vuruşduğu zaman ola biləcək zədələnmələr və yaralanmalarda səhiyyə işçilərinin onlara verə biləcəyi xidmətin səviyyəsini aşağı salacaq.
Odur ki, bunları nəzərə alaraq bütün Azərbaycan xalqını koronavirusdan qorunmaq üçün əsas qaydalara əməl etməyə səsləyirəm. Bu, həm də səhiyyə eksperti kimi tələbdir. Əvvəlkindən fərqli olaraq biz daha sadəcə özümüzü və əzizlərimizi qorumaq üçün deyil, Azərbaycan Ordusunun hər bir əsgərinə haqq yolunda apardığı mübarizəsinə və Qarabağ probleminin həlli istiqamətində qazanmış olduğumuz bu böyük şansa dəstək üçün daha çox və daha ciddi şəkildə 3 sadə qaydaya əməl etmək məcburiyyətindəyik. Əmin olun ki, sosial məsafə, maska və gigiyena qaydalarına riayət etməklə əsgərimizə ən böyük faydanı vermiş olarıq. Əsgərlərimizə xidmət edən tibb işçilərinin gücünü onlardan ayırmamalıyıq. Çünki bu gün Azərbaycan tibb işçilərinin böyük hissəsi ön cəbhədədir, hərbi hospitallarda xidmət edirlər. Ümid edirəm ki, hər bir Azərbaycan vətəndaşı sözlərimizə daha həssas yanaşar, hər kəs daha ciddi və daha məsuliyyətli şəkildə koronavirusdan qorunmağı müharibə vəziyyətinin bir parçası kimi qəbul edər".
Aytən Məftun

Sağlamlıq     Baxılıb: 1978   Tarix: 12 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

turlar.az

makiyaj etmek qaydalari hamilelikde qidalanma gelinlikler qışa hazırlıq badımcan qonaq otagi dizayni müalicəvi bitkilər eşq və məhəbbət kosmetika həmidə dolca qızlıq pərdəsi novruz bayramı sağlamlıq